Tabloid.az
Bu rəsm 300 milyon dollara satıldı
Fransız boyakarı Pol Qogenin rəsm əsəri hərracda 300
milyon dollara satılaraq qiymət rekordunu
təzələyib.
Publika.az-ın məlumatına görə, söhbət 1882-ci ildə yağlı boya
ilə çəkilmiş Nafea Faa Ipoipo (Toy nə vaxtdır) əsərindən gedir.
İsveçrəli kolleksiyaçı, Sotheby's ticarət evinin keçmiş əməkdaşı 62
yaşlı Rudolf Ştexelin satışa çıxardığı rəsm əsərini Qətər
vətəndaşının satın aldığı bildirilir. Nafea Faa Ipoipo adlı bu əsər
50 ilə yaxın müddətdə Bazel şəhərinin incəsənət muzeyində nümayiş
olunub. Muzeyin əsas binası 2016-cı ilə qədər təmir üçün
bağlanılıb.
Yaxın günlərdə yeni rekorda imza atmış bu əsəri Bazeldəki Beyeler
fondunda, həmçinin Madrid şəhərindəki kraliça Sofiyanın İncəsənət
mərkəzində və Vaşinqtonda Fillipsin kolleksiyasının sərgilərində
görmək olacaq. Belə ki, əsər yeni sahibinə yalnız 2016-cı ilin
yanvarında təqdim ediləcək.
İsveçrəli kolleksiyaçı Rudolf Ştexelin ailə mirası vasitəsi ilə
Vinsent van Qoq, Pablo Pikasso və Kamilya Pissaronun da daxil
olduğu impressionist və postimpressionistlərin 20-dən çox əsərinə
sahibdir.
Əvvəllər şəxsi kolleksiyadan satılmış ən bahalı əsər Pol Sezannın
“Qumarbazlar” rəsmi sayılırdı. 2011-ci ildə bu əsər Qətər əmirinin
ailəsi tərəfindən 250 milyon dollara satın alınmışdı.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO