Tabloid.az
Nəzakət Məmmədova yad ediləcək – FOTO
Azərbaycanın əməkdar artisti, mərhum sənətkar Nəzakət Məmmədovanın həm ad günü, həm də anım günü qeyd ediləcək.
Bu barədə Publika.az-a tədbirin təşkilatçısı, prodüser-təşkilatçı Humay Muxtarova məlumat verib.
Tədbir fevralın 10-da, saat 16:00-da paytaxt restoranlarının birində keçiriləcək:
“Layihəni həyata keçirən gənc musiqi araşdırıcısı Ülvi Rzazadədir. Onun ən böyük arzusu bu layihəni həyata keçirməkdir. Bu işdə ona mən kömək edirəm. Uğurlar arzu edirik. Allahdan Nəzakət xanıma rəhmət diləyirik.”
Bütün işləri öz öhdəsinə götürən prodüser tədbirdə bir çox sənətçilərin də iştirak edəcəyini söyləyib.
Məlumat üçün bildirək ki, Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Valideynlərinin müəllimə görmək istədikləri Nəzakət onların bu istəyini nəzərə alaraq Bakıya gəlir. O, Xarici Dillər İnstitutuna daxil olur, amma gözəl səsi olan N. Məmmədova təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti görkəmli sənətkarlar Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Müğənni sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirir və bir müddət “Lalə” qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
N.Məmmədova Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı bir həkimə müraciət edərək, boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur və Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim K. A. İvanoviç isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.
Cəvahir
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO