Tabloid.az
Mehriban Əliyeva xalq artisti Əlibaba Məmmədov ilə görüşüb
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fevralın 10-da xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndə ilə görüşüb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi
diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli
nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir
ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə
xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu
nəşr edilib. Topluda ustad xanəndənin uşaqlıq və gənclik illəri,
zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan
söhbət açılır.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirdi
ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan
poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə
Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba
Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi
olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və
xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət
4 CD daxildir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Əlibaba Məmmədovun
milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və
inkişaf etdirilməsində əvəzsiz xidmətlərinin olduğunu
vurğuladı.
Xalq artisti Əlibaba Məmmədov ona göstərilən diqqət və qayğıya görə
birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Xanəndə
qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin
qorunması, inkişafı və təbliği sahəsində böyük işlər
görülür.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO