Canlı yayımda qarşıdurma – VİDEO
Bizi izləyin

Tabloid.az

Canlı yayımda qarşıdurma – VİDEO

Prodüser Tolik bu dəfə canlı yayımda aparıcı Cavid Güllə qalmaqal edib.

Publika.az-ın məlumatına görə, Tolik “Kimdir nömrə 1?”-in aparıcısı Cavid Gülü maraqsız insan adlandırıb: “İnsanlar məni tanıyırlar, amma səni yox. Baxmayaraq ki, özünü Murad Boza, Tarkana oxşatmaq istəyirsən... Bu ölkədə bəzi aparıcıları və müğənniləri tanımaqdansa, məni tanısınlar. Xalqın gözü tərəzidir. “Tolik” desən, hamı biləcək, prodüserəm. 20 illik xalq artisti Brilliant Dadaşova səni tanımırsa, nə deyim? Korifey sənətkarlar, Arif Babayev, dəyərli bəstəkarlar, şairlər bu verilişə zəng ediblər, məni tanıyıblar. Amma səni yox. Bu da sənin günahındır ki, maraqsız olmusan. Bu verilişdə oturmuşamsa, demək, sözümü demiş prodüserəm”.

Pərt olan aparıcı canlı yayımı tərk edib. Tolik də onun ardınca verilişi yarımçıq buraxıb.

Studiyada tək qalan aparıcı Afaq Gəncəli bunu özünə qarşı hörmətsizlik adlandırıb: “Bu, mənə qarşı hörmətsizlik idi. Qadın kimi məni studiyada tək qoyub getmək lazım deyildi. Toliki başa düşərəm, onun sağı-solu bəlli deyil. Ən azından, Cavid qayıtsın. Mənə qarşı hörmətsizlik varsa, mən də studiyadan gedəcəm”.

Daha sonra Tolik və C.Gül efirə qayıdıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm