“Gözümün qarşısında atam anamı doğrayıb, dəli kimi gülməyə başladı” - FOTO
Bizi izləyin

Tabloid.az

“Gözümün qarşısında atam anamı doğrayıb, dəli kimi gülməyə başladı” - FOTO

Böyük Britaniyalı rejissor Kristofer Nolan "Qara cəngavər" (The Dark Knight) filmi ilə 2008-ci ildə sanki öz sənətinin şedevrini yaratdı.

Publika.az "Bu kino ki var" layihəsində bütün zamanların şedevrinə çevrilmiş Hollivud filmindən olan sitatları təqdim edir:

- Sən dəyişmisən. Bədənin daha əzələli olub.

- Səhər yeməyi üçün qarğıdalı çubuqları almışam. Onun tərkibində vitamin və mineralların dozası çoxdur...

– Nəyə görə, evin damına çıxmısan?
– Qorxuya qalib gəlməyi öyrənirəm.
– Qorxuya qalib gəlmək lazım deyil. Çünki qorxu sərhədin harada bitdiyini göstərir. Qorxu hissi yaxşıdır...

– Birma meşələrində gizlənən banditi tuta bildiniz?
– Bəli.
– Necə?
– Meşəni yandırası olduq...

– Bağamburc bitkisi altında öpüş... Bilirsən, bağamburc bitkisini yesən, ölə bilərsən.
– Öpüş isə ondan da ölümcül ola bilər...
– Ölümdən qorxmursan. Elə düşünürsən ki, bu səni güclü edir? Səhv edirsən. – Nəyə görə?
– Bacardığın qədər cəld hərəkət edib daha çox mübarizə aparmaqla ürək impulsunu gücləndirirsən. Onun qarşısında sən gücsüzsən...

– Betmen heç kimə lazım deyil, biz qalib gəldik.
– Yalana əsaslanmaqla. İndi isə şər qüvvələr onu basdırdığımız yerdən yenidən dirilmək istəyir. Mütləq Betmeni geri qaytarmalıyıq...

– Nəyə görə sən məni öldürmədin?
– Sən axı ölümdən qorxmursan. Sən ölümdən həzz alırsan. Cəzan daha qəddar olmalıdır.
– Mənə əzab verəcəksən?
– Hə. Lakin bədəninə yox, qəlbinə əzab verəcəyəm...

Qorxu hannibaldır. Əcinnədir. Şübhələrlə silahlanmış idarəolunmaz tirandır. Lakin sən – Betmen heç zaman qorxmursan. Qorxu hər bir küncdə yaşayır. Elə sənin kimi. O, hər kölgədə yaşayır. Hər bir qərarda gizlənir. Bax, elə ona görə də, sənin imtiyazın var. Sən qorxunun harada gizləndiyini bilirsən. Lakin o, bilmir ki, sən nə zaman gələcəksən...

– Nə üçün uçan siçan qiyafəsindəsən?
– Onlar məni bir dəfə qorxudub. İndi mən qorxumu düşmənlərimlə bölüşəcəyəm...

Qəsdən aclıq yarat. O zaman hamı cinayətkar olacaq...

– "Mən sizə demişdim axı" cümləsini deyə bilərsən.
– Bu gün demək istəmirəm... Lakin mən demişdim...

– Sizin xahişlərinizi nəzərə alaraq, qeyd edə bilərəm ki, təyyarədən tullanmaq kifayət qədər sadə məsələdir.
– Bəs sonra təyyarəyə necə qayıdım?
– Yaxşı turagentlik məsləhət görə bilərəm...

– Yəqin, məni də həbs edəcəklər. Əlbir olduğum üçün.
– Əlbir olduğun üçün? Mən onlara deyəcəyəm ki, bu, sənin ideyan olub...

Nədən belə narahatçılıq keçirirsən? Yara izlərinə görə? Deyim, yaralar haradandı? Yaxına gəl, diqqətlə bax... Mənim gözəl arvadım vardı! Sənin kimi! O, mənə deyirdi ki, mən çox kədərliyəm. Sonra isə deyirdi ki, çox gülməyim pis olmazdı. O, qumarbaz idi və günlərin birində "köpək balıqlarına" külli miqdarda pul uduzdu. "İri köpək balıqları" isə arvadımın üzünü kəsdilər. Əməliyyat üçün pulumuz olmadığından arvadım məyus idi. Mən çox istəyirdim ki, o, yenidən gülsün. Üzündəki yaralar vecimə deyildi, ona oxşamaq üçün ülgücü əlimə götürdüm. Və ülgücü ağzıma tərəf apardım... Və sonra bilirsən nə oldu? O, məni belə görməyinə dözməyib çıxıb getdi. İndi isə mən taleyin ironiyasını görürəm - hər zaman üzüm təbəssümlüdür...

Bilmək istəyirsən mən nəyə görə bıçaqlardan istifadə edirəm? Güllə kifayət qədər sürətlidir, həqiqi həzzi dada bilmirsən. Bıçaq yarası ilə bütün insan mahiyyəti üzə çıxır. Ona görə də, sənin yoldaşlarını səndən yaxşı tanıyıram. Bilmək istəyirsən onlardan kim qorxaq olub?...

– Bir neçə il bundan qabaq Birmada olanda dostlarımla yerli hökumətdə işləyirdik. Hökumət qiymətli daşların köməkliyi ilə yerli qəbilə başçısının etibarını qazanmağa çalışırdı. Lakin bir gün qiymətli daşları daşıyan karvana meşədən bir cinayətkar hücum çəkdi. Biz daşların axtarışına çıxdıq. Yarım il aparılan axtarışdan sonra daşlardan birini tapdıq. Narıngi boyda olan yaqut daşı bazarda gəzişən uşağın əlində idi. Sən demə, cinayətkar qiymətli daşları sadəcə tullamışdı.
– Bəs nəyə görə oğurluq edirdi ki?
– Çünki bundan həzz alırdı. Elə insan növləri var ki, heç bir məntiqə uyğun olmayan hərəkətlər edir. Onları ələ almaq, qorxutmaq, güzəşt üçün danışıqlara getmək olmur. Bu insanlar dünyanı alov içində görməyi arzu edir...

Bilmək istəyirsən, bu yaralar haradandı? Mənim atam əyyaş və zalım olub. Günlərin birində o, bərk əsəbləşdi. Anam müdafiə olunmaq üçün mətbəx bıçağını götürdü. Lakin atam bunu bəyənmədi! Və beləcə də, mənim gözlərim qarşısında atam anamı doğrayıb dəli kimi gülməyə başladı. Sonra üzünü mənə çevirib dedi: "Sən niyə belə ciddisən, oğlum?". O, əlində bıçaqla mənə tərəf gəldi... "Axı nəyə görə belə ciddisən, oğul?". O, ülgücü ağzıma yaxınlaşdırıb dedi: "Gəl, sənin üzündə təbəssüm şəklini çəkək!"...

Bilirsən, mən nəyi müşahidə etmişəm? Hər şey plan üzrə gedəndə heç kim təşvişə düşmür. Hətta, plan bərbad olsa belə. Əgər sabah mətbuatda hər hansı canin ölüm və ya əsgərlərə dolu avtomobilin partladılması xəbərləri yayılsa, heç kim təşvişə düşməyəcək. Çünki hər şey plan üzrə gedir. Yox, əgər mətbuatda hər hansı şəhər merinin ölümü haqqında xəbər yayılarsa, hamı başını itirəcək. Lap anarxiyada olduğu kimi. Nizam-intizamın pozulması xaosa aparır. Mən isə xaos daşıyıcısıyam. Bilirsən, xaosun əsasında nə dayanır? Qorxu...

Hər şey çox sadədir: sən ya qəhrəman kimi ölürsən, ya da yaramaza çevrilənə qədər yaşayırsan...

Mən insanlara gülürəm. Gülüş üzümə hopub. Əslində isə qəlbimin dərinliyində ağlayıram. Bəlkə, birlikdə ağlayaq?...

Öldürməyən hər şey səni güclü edir...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm