"Fəlakət" polis maşınını əzdi
Bizi izləyin

Tabloid.az

"Fəlakət" polis maşınını əzdi

“Bozbash pictures” teletamaşasının aktyorları yeni çəkdikləri “Ay Brilliant” filmi ilə bağlı maraqlı məqamları açıqlayıblar.

“Star life”a danışan aktyor İlkin Həsəniçəkiliş zamanı Fəlakət obrazını canlandıran Elşən Orucovun polis maşınını əzdiyini bildirib:

“Çəkiliş zamanı qəza oldu. Elşən Fəlakət libasında Post Patrul Xidmətinin avtomobilini əzdi. Polislər də çıxılmaz vəziyyətdə qaldılar. Amma dedilər, nə edək, bilmədən olub”.

Hadisə ilə bağlı danışan E.Orucov: “Polislər sübut edə bilmədilər ki, maşını mən əzmişəm. O anda Fəlakət obrazında idim. Dedim, mən qəza törətməmişəm, Fəlakət edib”, - deyə söyləyib.

Qeyd edək ki, "Ay Brillant" filminin qala-gecəsi martın 2-də baş tutacaq.(axsam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm