Nadir Qafarzadəni özündən çıxardılar: “Mənə qarşı çaşanların qapazını...” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadəni özündən çıxardılar: “Mənə qarşı çaşanların qapazını...” – FOTOLAR

Müğənni Nadir Qafarzadə Türkiyədə yeni layihə həyata keçirəcək.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, o artıq bununla əlaqədar İstanbula yola düşüb:

“Artıq Türkiyədəyəm. Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bir çoxları bilir ki, bir çox mahnılarımı Türkiyədə lentə aldırıram. Orada olan texnika mənim ürəyimcədir. Yeni bir layihə üzərində çalışıram. Bu proyektin nədən ibarət olduğunu demək istəmirəm. Çünki ideyamı mənimsəyənlər ola bilər. Şou aləminin lazımsız söhbətlərini, qalmaqallarından kənar gəzməyi üstün tuturam. Buna baxmayaraq, adımı “qalmaqallı müğənni” qoyublar. Mən qalmaqallı müğənni deyiləm, düz sözü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var: “Bıçaq yarası keçər, amma söz yarası əsla”. Bu fikirlə razıyam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm