Xocalı faciəsinin anım günü “Nabat”ı göstərəcəklər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xocalı faciəsinin anım günü “Nabat”ı göstərəcəklər – FOTOLAR

Xocalı faciəsinin anım günü - fevralın 26-da Elçin Musaoğlunun məşhur “Nabat” filmi Xocalı faciəsinin anım günü ərəfəsində ekranlara çıxacaq.

Film diyarını tərk etməkdən imtina edən, sağ qalmağa və Qarabağ müharibəsinin onların kəndinə dağıdıcı təsirinə tab gətirməyə çalışan qoca cütlük haqqındadır. Dünya kino tənqidçilərinin hörmətini qazanan bu dram bütün dünyada 11 kinofestivalda heyranlıqla qarşılanıb.

“Nabat” bədii filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Filmin ssenari müəllifləri – Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru - Abdulrəhim Beşarat, prodüseri - Müşfiq Hətəmovdur. Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov çəkiliblər.

“Nabat” “Park Cinema”-da keçiriləcək Avropa Kinofestivalı çərçivəsində təqdim olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm