Məşhur aktrisa rəfiqəsinin sevgilisini əlindən aldı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisa rəfiqəsinin sevgilisini əlindən aldı - FOTOLAR

Məşhur aktrisa Handə Doğandəmir yeni eşqi ilə görüntülənib. Aktrisa “Möhtəşəm yüz il” serialında Şahzadə Səlim obrazı ilə ürəkləri fəth edən Engin Öztürklə birlikdədir.

Handə Doğandəmirlə Engin Öztürkün bir restoranda çəkilmiş səmimi fotoları pərəstişkarlarını təəccübləndirib.

Çünki Handə Enginin keçmiş sevgilisi Türkü Turanın ən yaxın rəfiqəsidir.

Cütlüyün fotolarının altına “Axı o, sənin rəfiqənin sevgilisi idi” tipli şərhlər yazılıb.

Xatırladaq ki, Handə Doğandəmir daha öncə “Möhtəşəm yüz il”də Parqalı İbrahimi canlandıran Okan Yalabıkla eşq yaşayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm