• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Paris moda həftəsinin ən yaddaqalan dəfiləsi - FOTOLAR

Paris moda həftəsinin ən yaddaqalan dəfiləsi - FOTOLAR

Dünən Paris moda həftəsi çərçivəsində “Balmain” moda evinin yeni kolleksiyası nümayiş olunub.

Siluetlər və formalar olduqca dəqiq və sadədədir. Kolleksiyada rənglərə aksent vurulub. Belə ki, yeni kolleksiya kifayət qədər rəngarəngdir. Tünd rənglər narıncı, bənövşəyi, sarı, göy və yaşıl rənglərlə uzlaşdırılıb.

Nümayişdən sonra əminliklə deyə bilərik ki, məxmər parçalar və saçaqlar gələn il yenə də trend olmağa davam edəcək. Dəfilədə nümayiş olunan klyoş şalvarlar da gələn ilin əsas dəb tendensiyası olmağa iddialıdır.

Qeyd edək ki, Adriana Lima, Alessandra Ambrosio, Coan Smols, Cordan Dann, Lili Donaldson, Karli Kloss, Konstans Yablonski və bir çox tanınmış modellər podiuma çıxıb brendin yeni kolleksiyasını nümayiş etdiriblər.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR