Müğənni oğurluğa görə 7 milyon dollar təzminat ödəyəcək – VİDEO
Bizi izləyin

Tabloid.az

Müğənni oğurluğa görə 7 milyon dollar təzminat ödəyəcək – VİDEO

Amerikalı müğənni Marvin Qeyin övladları son illər bir neçə hit mahnıların müəllifi olan Uilyams Farrell və Robin Tiki məhkəməyə veriblər. Onlar plagiatlıqda ittiham olunurlar.

Publika.az xəbər verir ki, Marvin Qeyin övladları Uilyams Farrell və Robin Tiki birgə ifa etdikləri və 2 il əvvəl hitə çevrilən “Blurred Lines” mahnısını oğurlamaqda ittiham edir.

Belə ki, “Blurred Lines”ın amerikalı müğənni Marvin Qeyin 1977-ci ildə səsləndirdiyi “Got to Give It Up” mahnısı ilə inanılmaz dərəcədə oxşaması diqqətdən yayınmayıb.

Son illər ard-arda hit mahnılara imza atan və 7 “Grammy” mükafatının sahibi olan Farrell mahnını bir gecədə yazdığını və Marvin Qeydən oğurluq etmədiyini iddia etsə də, milyonların ürəyini fəth edən və Uliyamsla Robinə milyonlarla dollar qazandıran mahnının plagiat olduğu sübuta yetirilib. Hakim bu sahədəki qanunları heçə sayan Uilyams Farrellə Robin Tikin 7.3 milyon dollar təzminat ödəməsinə qərar verib.

Xatırladaq ki, plagiat olduğu sübuta yetirilən “Blurred Lines” mahnısının sözləri və ona çəkilən klip də tənqid edilmişdi. “Bilirəm sən də məni istəyirsən”, “Sən buradakı ən ehtiraslı fahişəsən”, “Səni əhliləşdirməyə çalışır, ancaq sən bir heyvansan” kimi cümlələr xüsusilə də qadınları əsəbiləşdirmişdi. Hətta feministlər bu mahnını “təcavüz mahnısı” adlandırmışdılar.

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm