Tabloid.az
Dəryasız keçən bir il
Bu gün tanınmış reper, mərhum Hüseyn Dəryanın vəfatından
bir il ötür.
Hüseyn Dərya 2014-cü il martın 14-də axşam saat 23:00
radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına
uğramışdı.
Reperin idarə etdiyi 10-SB-575 dövlət nömrə nişanlı “Opel Astra”
markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən
“KamAZ” markalı maşına çırpılmışdı. Nəticədə ağır bədən xəsarəti
alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə
yerləşdirilən H.Dərya martın 15-də saat 13:00 radələrində vəfat
etmişdi.
Qeyd edək ki, Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakının
Bakıxanov qəsəbəsində doğulub. Nərimanov rayonunda yerləşən 4 saylı
fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən
imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak
edib. Dörd il iki ay hərbi xidmətdə olub.
MDB ölkələri arasında keçirilən rep müsabiqəsində qalibi olmuş
reper ilk dəfə meyxana ilə muğamı sintez edib.
2004-cü ildə “İlin ən yaxşı repçisi”, “İlin ifaçısı” və “İlin
albomu” nominasiyalarına layiq görülüb. İlk dəfə Üzeyir Hacıbəyli
diplomunu alıb. “Yaşa, Azərbaycan” adlı mükafata layiq görülüb.
H.Dəryanın birinci nikahından Ayşə adlı bir qızı, ikinci nikahından
isə Cahangir adlı oğlu var./ans press/
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO