Adriana Lima Türkiyəli modellə birlikdə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Adriana Lima Türkiyəli modellə birlikdə - FOTOLAR

“Vogue Eyewear” eynək markasının 2015 payız-qış reklam kampaniyasının çəkilişləri Rio-de-Janeyroda həyata keçirilib. Markanın siması isə Adriana Limadır. Bu reklam çəkilişlərinə Adrianadan başqa digər ölkələrdən də modellər dəvət olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adriana Lima dünyanın dörd bir tərəfindən Braziliya şəhərinə gələn qonaqları qarşılayıb. O, başqa ölkələrdən gələn modellərin iştirak etdiyi tədbirə ev sahibliyi edib.

Türkiyədən yalnız top-model Tülin Şahin dəvət olunub. Adriana Lima ilə çəkilişlərdən sonra məşhur top-model Tülin Şahin “Vogue” eynəkləri ilə Rio küçələrində dolaşıb.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm