Oğlunu şou-biznesə gətirir
Bizi izləyin

Tabloid.az

Oğlunu şou-biznesə gətirir

Əməkdar artist, sevilən xanəndə Gülyaz Məmmədova “Şabran” ifasına klip çəkdirdikdən sonra yaradıcılığına bir balaca fasilə verib

Əməkdar artist, sevilən xanəndə Gülyaz Məmmədova “Şabran” ifasına klip çəkdirdikdən sonra yaradıcılığına bir balaca fasilə verib.

Publika.Az xəbər verir ki, vaxt azlığından şikayətlənən əməkdar artist özünü tənbəllikdə də ittiham edib. Muz TV-ə açıqlamasında müğənni oğlu Ramanın gözəl səsi olduğunu və estrada ifaçısı kimi fəaliyyət göstərəcəyini bildirib. Gülyaz xanım övladının bu sahədə uğur qazanacağına inandığını da dilə gətirməyi unutmayıb.

Hətta müğənni fransız dilində mahnı ifa edəcəyi barədə məlumat verib. Bir neçə mahnı nəzərdə tutan muğam ifaçısı bu dildə məharətlə oxuyacağından əmindir.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm