Tabloid.az
Arif Quliyevi özündən çıxardılar: “Sən kimsən axı…” - REAKSİYA
Xalq artisti, tanınmış aktyor Arif Quliyev qəzəblənib. Aktyor ATV-nin efirində yayımlanan “Səni axtarıram” proqramında ekspertlərin onun ünvanına söylədiyi fikirlərə narazılığını bildirib.
Xalq artisti bu barədə Publika.az-a danışıb: “Mən “Səni axtarıram”ın çəkilişinə Gəncədə toyda olduğum üçün qatıla bilmədim. Həmin gün də mənim Qızbəs xanımla ana-bala olub-olmadığımı təsdiqləyən DNT analizinin cavabı bəlli olmalıydı. Çünki həmin analizin cavabı Türkiyədən gətirilmişdi və efirdə söyləniləcəkdi. Mən verilişə getmədiyiym üçün ekspertlər məni qınadılar, qeyri-ciddilikdə ittiham etdilər. Mən bunu özümə qarşı təhqir hesab edirəm. Sən kimsən axı, məni təhqir edirsən? Mən onlara demək istəyirəm ki, əvvəl həqiqəti öyrənib, sonra danışsınlar. Mən toya əvvəldən dəvət almışdım və getməyə bilməzdim. Amma veriliş efirə gedəndə mən artıq evimdəydim. Aparıcı xanım deyirdi ki, Arif müəllimi gözləyirik. Canlı veriliş deyil ki, məni gözləsinlər”.
Xalq artisti “anası” ilə də bağlı bunları deyib: ”Mən əvvəldən bilirdim ki, o, mənim doğma anam deyil. Əslində o qadını qınamıram da. Çünki vaxtilə mənim anamın yaşadığı taleyi yaşayıb. Öz uşağını körpə ikən uşaq evinə aparıb verib. Ona elə gəlir ki, bütün uşaq evində böyüyən insanlar onun övladıdır. Onsuz da o, mənim anam olmasa da belə, mən onun oğlu kimi davranacağam. Evimə gətirdim, evinə getdim, bu münasibət davam edəcək”.
Aktyor indən belə də onun analarının peyda olacağını istisna etmədi: “Hələ çox anam peyda olacaq. İndi də, deyəsən, atalarım peyda olur. Anadan bolam, indi görək neçə atam ortaya çıxacaq?"
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR