Tabloid.az
Dərini cavanlaşdıran dadlı yay meyvələri
Yayda dəriyə qulluq etmək üçün çoxlu pul xərcləyib və tərkibini bilmədiyimiz kremlər alırıq. Nəticə isə heç də həmişə ürəyimiz istədiyi kimi olmur. Amma yay meyvələri ilə dəriyə arzuladığımız təbii gözəlliyi bəxş edə bilərik. Tabloid.az Türkiyə mətbuatına əsasən yay meyvələrinin maskalarını verir.
Armud maskası: Bir armudu soyub şüşə qabın içində çəngəllə yaxşıca əzin. Qalın bir təbəqə halında üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Armud maskası dərini qidalandırır, sərinləşdirmək üçün də ideal maskadır.
Moruq maskası: Moruğun tərkibində bol miqdarda A vitamini var. A vitamini dəriyə yumşaqlıq bəxş edir və qüsursuz hamarlıq qazandırır. Bir ovuc moruğu şüşə qabın içində püre halına gətirin. Dərini təmizlədikdən sonra əzilmiş moruğu üzə çəkin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.
Avokado maskası: (qırışlar üçün) - Bir ədəd avokadonun qabıqlarını soyub çəngəllə əzin. İçinə yarım çay qaşığı bal, bir çay qaşığı alma sirkəsi və bir ədəd yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qarışdıran zaman içinə 3 yemək qaşığı zeytun yağını yavaş-yavaş əlavə edin. Əldə edilən maskanı üzünüzə, boynunuza və dekolte nahiyəsinə çəkib yarım saat gözləyin. Sonra bu nahiyəni ilıq su ilə yaxalayın. Bu, qırış, xüsusən quru dəri üçün çox təsirli vasitədir. Həmçinin avokadonu dilim halında da üzə kompres kimi qoymaq olar. Qırışların azalmasına kömək edir.
Çiyələk maskası: Bir ovuc dolu çiyələyi şüşə qabın içində pürə halına gələnə qədər əzin və üzünüzə çəkin. Dəriniz qurudursa pürenin içinə bir neçə damcı zeytun yağı və ya badam yağı əlavə edin. 10 dəqiqə gözlədikdən sonra üzü ilıq su ilə yaxalayın. Bu maska dəri üçün son dərəcə faydalıdır. Lakin allergiyası olanlara məsləhət görülmür.
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?