• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Uşaqlara südü sevdirməyin asan yolu - FOTOLAR

Uşaqlara südü sevdirməyin asan yolu - FOTOLAR

Uşaqlara vitaminli və faydalı qidaları sevdirmək, yedirtmək anaların çətinliklı üzləşdiyi məqamlardandır. Xüsusilə, uşaqlar südü içməməkdə olduqca israrlı olur. Bəs uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən südü onlara necə sevdirmək olar? Yay aylarında süd məhsulları sevməyən uşaqlara tərkibində bol miqdarda kalsium, zülal olan dondurmalar almaq lazımdır. Bu cür dondurmalar böyümə və inkişafa təsir edir. Dondurmanın süddən hazırlandığı desəniz, uşaqların südə olan nifrəti də azalar.

Türkiyəli mütəxəssislər süd xoşlamayan uşaqlara dondurma verməyi məsləhət görür. Dondurma zülal baxımından dünyanın ən keyfiyyətli südlü şirnisidir. Bəzi dondurmalarda karbohidrat və yağdan əlavə A, B, C, E vitaminləri, kalsium, fosfor, natrium, maqnezium, dəmir və sink kimi minerallar var. Bu da orqanizmin inkişafına yaxşı təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, gigiyenik şərtlərdə hazırlanan dondurma uyğun mühitlərdə saxlandığı müddətcə etibarlı və faydalıdır.

Dondurma yedikdən sonra soyuq su içmək olmaz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR