• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bütün qadınların bilməli olduğu sirlər

Bütün qadınların bilməli olduğu sirlər

Qırışmış xalçalar - Xalçanın qırışmış yerini hamarlamaq üçün yaş bezi həmin yerə sərin, ütünü onun üzərində gəzdirin. Bu əməliyyatı edərkən ütünü onun üzərində çox sıxmamağa çalışın. Qırışmış hissənin düzəldiyini görəcəksiniz. Lazım olsa, bir neçə dəfə təkrar edə bilərsiniz.

Gülləriniz quruyursa – Bəzən evdəki dibçək güllərinin qurumasına səbəb böcəklər olur. Böcəklərin çiçəklərin köklərini yeməsinin qarşısını almaq üçün siqaret külündən faydalana bilərsiniz. Gülün kökünə tökülən kül böcəklərin ölməsinə səbəb olacaq.

Yumşaq mebelin tozunu alarkən - Tozsoranınız yoxdursa və divan-kreslonun tozunu almaq lazımdırsa, bu metodu tətbiq edin: Tozunu alacağınız əşyanın üstünə nəmli bez sərin, bezə çubuq ilə vuraraq tozunu çıxarın. Çıxan toz nəmli bezə yapışdığı üçün otaq və əşyalarınız tozlanmaz .

Güvədən xilas olmaq üçün - Güvələrin dolablarınızı zəbt etməsinin qarşısını almaq üçün böyük bir portağalı götürün, üzərinə mixək batırın. Bunu geyim əşyaları olan dolabınıza və ya sandığın bir küncünə qoyun. Beləcə dolab güvədən təmizlənər.

Taxta qapı və çərçivələrin təmizliyi - Əllər ağ və ya açıq rəngə boyanmış qapı və taxtalar üzərində xoşagəlməz izlər buraxdığı məlumdur . Bu ləkələri çiy bir kartofla təmizləyin. Kartofu ortadan ikiyə bölün və ləkəli yerə yüngülcə sürtün. Ləkələr dərhal yox olacaq və əşya əvvəlki halına dönəcək. Həmçinin taxta əşyanı təmizləmək üçün bu üsul da çox təsirlidir.

Qəhvə tökülərsə - Üzərinizə və ya xalçaya qəhvə tökülərsə, ləkəni soyuq su ilə islatdıqdan sonra dərhal bir neçə damcı qliserin ilə təmizləyin .

Mismar vurmaq üçün - Divara böyük mismarları vurmaq heç də asan deyil. Hətta çətin olduğu qədər də, suvağı dağıda bilər. Bunun qarşısını almaq üçün mismarı vurmazdan əvvəl sabuna batırın. Beləcə mismar divara asanca girər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR