Qızların marağına səbəb olan sırğalar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qızların marağına səbəb olan sırğalar - FOTOLAR

Bir neçə mövsüm dəbdə olan "Ear Cuff" (qulaq manşeti) 2014-cü ilin yay mövsümünün aksessuar trendləri arasında yer alıb. Qulaq manşeti kimi tanınan bu aksessuar 1990-cı illərin ən çox sevilən aksessuarlardan biri idi. İndi isə bu model daha yaxşı işlənmi

Bir neçə mövsüm tdəbdə olan "Ear Cuff" (qulaq manşeti) 2014-cü ilin yay mövsümünün aksessuar trendləri arasında yer alıb. Qulaq manşeti kimi tanınan bu aksessuar 1990-cı illərin ən çox sevilən aksessuarlardan idi. İndi isə bu model daha yaxşı işlənmiş formada qarşımıza çıxır.

Bu sırğaları istifadə etmək çox asandır. Onu taxmaq üçün qulaqda bir sırğa yeri olması kifayət edir. Yəni, qulağı bir neçə yerdən deşməyə gərək yoxdur. "Ear Cuff" özəl tərz yaratmaq üçün ideal aksessuardır. Daş-qaşla bəzədilmiş sırğalar qadına zəriflik bəxş edir, metal sırğalar isə rok stilinin üslubunu özündə birləşdirir. Əjdaha, ilan, şir və başqa heyvan fiqurları, çiçək motivləri qulaqlara vamp obraz verəcək.

Qulaq manşeti adlanan sırğaları istifadə edərkən bir neçə məqama diqqət etmək lazımdır. Məsələn, saçlar açıqdırsa, bu aksessuarın o qədər də əhəmiyyəti qalmaz. Bunun üçün saçları açıq qoyanda bir tərəfə ataraq, yana darayaraq şahanə aksessuarın görünməsini təmin edin. Qısa saçlı xanımlar isə bu sırğanın haqqını layiqincə verə bilərlər. Uzun saçlı xanımlar sırğanı at quyruğu modellərlə taxa bilər. Bu sırğaları taxarkən artıq aksessuara gərək qalmır. Qolunuzda saatdan başqa heç nə taxmayın. O biri qulağınıza da sırğa taxmaq istəyirsinizsə, ancaq balaca qaşlı sırğa yerinə düşər.

Bu sırğa geyimləri tamamlamaq üçün mükəmməl aksessuardır. Rihanna, Diana Kruger, Cara Delevin, Sienna Miller, Miranda Kerr kimi ulduzlar stillərini bu sırğalarla tamamlayıblar. Tabloid.az qızların böyük marağına səbəb olarn "ear cuff" sırğa modellərini toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm