Aybəniz Haşımova: “Qorx ki, Konçita Azərbaycana elçi gələ”
Bizi izləyin

Tabloid.az

Aybəniz Haşımova: “Qorx ki, Konçita Azərbaycana elçi gələ”

“Eurovision 2014”-ün qalibi Konçita Vürst Azərbaycanın müsabiqədəki ötən ilki təmsilçisi Fərid Məmmədova evlilik təklifi Fəridin müəllifi əməkdar artist Aybəniz Haşımovanı özündən çıxarıb.

“Eurovision 2014”-ün qalibi Konçita Vürst Azərbaycanın müsabiqədəki ötən ilki təmsilçisi Fərid Məmmədova evlilik təklifi Fəridin müəllifi əməkdar artist Aybəniz Haşımovanı özündən çıxarıb.

Aybəniz Haşımova Publiika.az-a açıqlama verib: “Fərid yazıq neyləsin ki. Konçita dəlidir, xəstədir. Uşaq peşman olub onnu mahnısını oxudu. Fəridə gözü düşənlər çox idi onsuz da. Orda iştirak edən bir qız da Fəridə evlənmək təklif etmişdi. Azərbaycan kişiləri dünyanın gözünü çıxarır deyə, hamısı onlara evlənmək təklifi edir”.

Aybəniz Haşımova onu da bildirdi ki, Konçita bu sözləri deyəndə Fərid orda olsaydı, Konçitanın axırına çıxardı: “İnan ki, bu sözləri o Fəridin yanında demiş olsaydı, Fərid onu öldürərdi. Yumruğu ilə vurub yerə çırpardı, Konçitanı “koneç” edərdi. Hələ qızım Aynişan deyir qorx ki, Konçita Azərbaycana elçi gələ.”

Qeyd edək ki, aylar öncə Konçita Avstriya telekanallarının birində Fəridə olan sevgisini belə etiraf etmişdi: “Fərid Məmmədov mənim xəyallarımdakı oğlandır”. Konçitanın “Eurovision 2014” müsabiqəsindəki qalibiyyətindən sonra Fərid onun mahnısını ifa edib, İnstagram hesabında yerləşdirmişdi.

Bu xəbəri eşidən Konçita Fəridə evlilik təklifi edib: “ Əgər məni bəyənirsənsə, barmağıma üzük tax!”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm