Qızların çəkiciliyini artıran yubkalar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qızların çəkiciliyini artıran yubkalar - FOTOLAR

Qələm ətəklər qadınların missiyalarını qüsursuz yerinə yetirməyə yardım edən və onunla öyünə bildikləri universal geyimdir. Qələm ətəklər qadınların əminliyini özünə qaytaran ən yaxşı yoldaşdır. Özü də bu zərif geyimin vəzifəsi iş saatından sonra bitmir.

Qələm ətəklər qadınların missiyalarını qüsursuz yerinə yetirməyə yardım edən və onunla öyünə bildikləri universal geyimdir. Qələm ətəklər qadınların əminliyini özünə qaytaran ən yaxşı yoldaşdır. Özü də bu zərif geyimin vəzifəsi iş saatından sonra bitmir. Xüsusən də bu mövsüm ciddi geyim üslubu hesab olunan qələm ətəklər çox aktualdır. Bu tərz ətəklər son zamanlar o qədər sevilir ki, hətta onu idman geyimləri və ayaqqabıları ilə uyğunlaşdırmağa icazə verilir. Bu ətəkləri günün 24 saatı ərzində istədiyiniz yerə geyinə bilərsiniz. Onu istirahət günləri, rəsmi iş günləri, alış-verişə gedərkən, təmtəraqlı ziyafət gecələrində rahatlıqla geyinmək mümkündür.

Черную юбку-карандаш сочетаем со свитшотом NIke Джинсовую юбку-карандаш на пуговицах сочетаем с рубашкой из денима и лодочками

Mövsümün xitlərindən olan qələm ətək modelləri, hətta qısa geyinən qadınların da qəlbinə yol tapa bilib. Qələm ətəklər məşhur qadınların da gündəlik stilində rastımıza çıxır. Türkiyənin dəb ikonası sayılan İvana Sərtin stilinə nəzər salsaq, qələm ətək modellərinə üstünlük verdiyinin şahidi olarıq. Bu, həmçinin Viktoriya Bekxamın da sevdiyi modellərdən biridir.

Zərifliyin və xanım-xatınlığın simvollarından biri də qələm ətəklərdir. Bu modeli demək olar ki, balaca boylu xanımlardan başqa, bütün bədən ölçülü xanımlar geyinə bilər. Bütün bədənə kip oturduğu üçün artıq çəkini gizlədir. Lakin çox iri ombalar, qarın və ya qalın beliniz varsa, qələm ətəklər sizin bədən quruluşunuzu qəbul etməyəcək. Yəni, çətin modeldir, çətin olduğu qədər əyində zərif qalır.

Qara qələm yubka klassik nümunədir. Hətta klassik üslub dedikdə ilk ağıla gələn də qələm ətəklər olur. Bu mövsüm demək olar ki, bütün rənglər dəbdə olduğu üçün istənilən rəngə müraciət etmək şansınız var. Qara qələm ətəklər iş həyatının da əvəzolunmazıdır. Sizi zərif göstərən qələm ətəklərə ciddilik vermək üçün yuxarıda yığılmış topuz saç modelini seçə bilərsiniz. Əsl iş qadınının imici! Belə bir idealist qadının qarşısında kim tab gətirə bilər ki?

Черную юбку-карандаш сочетаем с белой рубашкой и с босоножками с леопардовым принтом на плоской подошве Белую юбку-карандаш до икр сочетаем с черными лодочками, черным топом и объемным жакетом в тон

Zərafətinizə qırmızı rəngin verdiyi inanılmaz enerjisini əlavə etdiyiniz zaman əsl "afətə" çevriləcəksiniz. Və ya trend rənglərdən, təsvirlərdən ibarət qələm ətəklər də çox modern görünürlər. Ağ rəngli köynəyin altına mavi zolaqlı qələm ətək düşünün. Süd rəngli ayaqqabı ilə geyinərək möhtəşəm stil sahibi olacaqsınız.

Юбка-карандаш с принтом в пастельных оттенках в сочетании с мятной блузкой и бежевыми туфлями Пестрая юбка карандаш в сочетании со строгой рубашкой цвета хаки, креативными босоножками и сумочкой с мехом

Qələm ətəkləri gecə dəvətlərində də sevə-sevə geyinə bilərsiniz. “Göstərişli və şit geyimləri xoşlamıram” deyənlərdənsinizsə, qələm ətək geyinməyi tövsiyə edirik. Çünki əsl sizlikdir. Dəvətlərdə göstərişinizlə deyil, sadə zərifliyinizlə diqqət çəkəcəksiniz.

Юбку-карандаш с пайетками сочетаем с простой футболкой со смешной надписью и яркими туфлями-лодочками Золотую юбку-карандаш сочетаем с белой рубашкой, черными босоножками на каблуке и черным клатчем

Bu ətəklərin başqa üstünlüyü də ondan ibarətdir ki, ucuz və sərfəlidir. Yəni, cibinizə zərər verməyəcək. Gündəlik stildə qara, qırmızı, güllü, müxtəlif təsvirli qələm ətəklərlə zərifliyinizi qoruya bilərsiniz. Rəngli model seçərək ətrafa şirin və enerjili qadın olduğunuz mesajınız da verə bilərsiniz.

Юбку-карандаш с перфорацией сочетаем с белой футболкой и сандалиями на плоской подошве Юбку-карандаш в горизонтальную полоску сочетаем с укороченным топом и балетками с острыми носами

Oxumağa davam et
Reklam
Reklam

Gündəm