Rəqsanə Beyonsla, Rihanna ilə yarışır -ÖZƏL
Bizi izləyin

Tabloid.az

Rəqsanə Beyonsla, Rihanna ilə yarışır -ÖZƏL

Rəqsanə: "Türkiyəlilər azərbaycanlı sənətçilərə gəlir mənbəyi kimi baxırlar. Diribaş olmasan, adamı yeyərlər. İşini tələb edəndə, ortaya yaxşı nəticə çıxara bilirlər".

Mahnılarının taleyini türkiyəlilərə etibar edən müğənni Rəqsanə İsmayılova ötən gün Bakıda onların işini dəyərləndirdi. Teoman Topçunun ekranlaşdırdığı “Alma məndən gözlərini” klipini media nümayəndələrinə təqdim edən Rəqsanə Tabloid.az-a müsahibə verib.

- Müğənnilərimiz arasında “kim çox pul xərclədi” yarışı başlayıb. Klipinə 100 min manat pul xərclədiyini iddia edənlər var. Siz də yeni klipiniz üçün bu məbləğdən vaz keçmisiniz?

- Əsla! Söhbət təqdim olunan klipdən gedirsə, deyə bilərəm ki, 100 min manatlıq klip deyil. Klipimdə Türkiyədə “Biskolata erkəyi” ləqəbi ilə tanınan model Karlos Martin çəkilib. Sözsüz ki, onun qonorarı ödənilib. Eyni zamanda, çəkiliş heyətinə ödənilən qonorar, bir ton tutumu olan hovuza axıdılan su və quru süd, çəkiliş meydançaları, geyimlərim, hamısı birlikdə şişirdiləcək məbləğ həddinə çatmayıb. Ümimiyyətlə, Türkiyədə 100 min manata klip çəkilmir.

- Deməli, klipin çəkilişlərinə 50 min manatdan da az pul xərcləmisiniz?

- Bəli, Geyimlərimi Hakan Akkaya hazırlayıb. Ümumiyyətlə, kliplə bağlı hər şey bahadır. Amma qiymətlər burdakı kimi şişirdilmir. Sizə bir şey deyim, türkiyəlilər azərbaycanlı sənətçilərə gəlir mənbəyi kimi baxırlar. Diribaş olmasan, adamı yeyərlər. İşini tələb edəndə, ortaya yaxşı nəticə çıxara bilirlər.

- Klipdə çimərlik geyimindəsiniz. Həyat yoldaşınız narazılıq etmədi ki?

-Xeyir, ümumiyyətlə, o, mənim sənətimə müdaxilə etmir. Müasir adamdı, uzun illərdir Azərbaycandan kənarda yaşayır. Biz bir-birimizi tanıyıb ailə həyatı qurmuşuq. O, başa düşür ki, sənət işlərimə mane olmaqla məni ruhdan sala bilər. Sərbəst qadınam. Qarşımda məhdudiyyətlər yaratmayıb.

- Bəs onda niyə klipdə Karlos Martinlə birlikdə cəmi bir kadrda görünürsünüz? Digər səhnələr ayrı-ayrılıqda çəkilib...

- Bunu mən rejissordan rica etmişəm. Çünki süjetsiz klip istəyirdim. Onu da deyim ki, birlikdə çəkildiyimiz həmin səhnə mənə baha başa gəldi. Sudan o qədər qorxuram ki, hərdən deyirəm, mənim ölümüm suda olacaq. Karlos klipdə məni qucağına qaldırıb suya tullamalı idi. Bu səhnə düz üç günə çəkildi. Bunun üçün nə qədər pul ödəməli oldum. Axırda içki içməyən Rəqsanəyə rejissor konyak verdi ki, içib qorxunu aradan qaldırım.

- Geyimlərinizlə diqqəti üzərinizə kökləmisiz. Deyəsən, ən çox pulu da məhz geyimlərə xərcləyirsiz?

- Düzdür, bu günlərdə özümə bir neçə bahalı geyim və gün eynəyi almışdım. Prodüser Tolik baxıb dedi ki, bunlar Beyons və Rihannanın qarderobundandır. Ən son trendlərdir. Mən geyimlərə çox maraqlıyam.

- Bir ara qızınız Aysunu nişanladığınız yazıldı. Amma Aysunu nişanlısı ilə görən olmadı...

-Qızım nişanlı deyildi. Bir ailəvi dostumuz Aysunu məndən oğluna istədi. Mən razı idim. Amma Aysun istəmədi. Karyerasını düşünür. Mənim iyunun 30-da verəcəyim konsert üçün geyimlərimi Aysun tikir.

- Mətbuat konfransında şok olacağını dediz. Geyimləri nəzərdə tuturduz?

- Klipin təqdimatında çimərlik geyimində olduğum xüsusi vurğulandı. Demək istəyirəm ki, konsertdə bundan da açıq geyimdə olacam. Bəlkə elə oldu, bəlkə, ümumiyyətlə, geyim geyinmədim. (gülür).

- Riskə hazırsız?

- Məndən hər şey gözləyin. “Sevgililər Günü”ndə səhnəyə çıxacam. Bəlkə elə sevdiyim insanla birlikdə səhnəyə çıxdıq. Yəni, məndən hər şey gözləyin...

- Bu qədər vədin arxasında sağlam insan dayanmalıdır. Konsertə sayılı günlər qalır, sizin səhhətinizdə isə problem var.

- Doğrudur, səhhətim son həftədə məni çox narahat etdi. Mən də evdə oturub sağlamlığımı düşünə bilmirəm. İşlərimin dalınca qaçıram. Mən demək olar ki, yemək yemirəm. İmunitetim çox zəifləyib. Həkimlər bronxlarımdakı problemi aradan qaldırmağa çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm