Cins alarkən bunlara diqqət edin
Bizi izləyin

Tabloid.az

Cins alarkən bunlara diqqət edin

Cins şalvar geyindikdə qüsursuz görünmək mümkündür. Bunun üçün bədən ölçüsünə uyğun modellər seçmək lazımdır. Əlbəttə ki, geyim seçməyin də qaydaları mövcuddur.

Cins şalvar geyindikdə qüsursuz görünmək mümkündür. Bunun üçün bədən ölçüsünə uyğun modellər seçmək lazımdır. Əlbəttə ki, geyim seçməyin də qaydaları mövcuddur.

Tabloid.az cins şalvar alarkən diqqət etməli nüansları açıqlayır:

* Cinsi gündəlik geyinəcəksinizsə, klassik kəsimli olanları seçin.

* Ayaqların daha uzun görünməsi üçün uzun paçalı və dar kəsimli modellərə üstünlük verin.

* Tünd rəngli cins şalvar qadını həm arıq, həm də zərif göstərir. Açıq rəngli cinsə üstünlük verirsinizsə, açıq rəngin ən tünd tonunu alın.

* Bol kəsimli cins qadını olduğundan daha kök göstərir.

* Bel hissəsi göbəkdə dayanan cins geyinəndə, alt paltarınızın da aşağı belli olmasına diqqət edin.

* Geniş paçalı cinslər bütün bədən tiplərinə uyğundur. Paçalar dizdən aşağıya doğru getdikcə genişlənməli, üst tərəf isə bədəninizə oturmalıdır.

*Cins şalvarın arxa cibləri çox önəmlidir. Kiçik və yuxarıda olan ciblər ombanı böyük göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm