Azərbaycanın füsünkar gözəli:“Qızlar indi imkanlı oğlan dalınca qaçırlar” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanın füsünkar gözəli:“Qızlar indi imkanlı oğlan dalınca qaçırlar” - FOTOLAR

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı əsrarəngiz gözəlliyi ilə diqqət çəkən model Ləman Əlizadə oldu.

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı əsrarəngiz gözəlliyi ilə diqqət çəkən model Ləman Əlizadə oldu.

- Artıq neçə müddətdir ki, modellik edirsən. Modellikdən və foto kameraların işıqlarından bezməmisən ki?

- Karyerama İspaniyada başlamışam, Azərbaycanda isə artıq 4 ildir ki, model kimi fəaliyyət göstərirəm. Əksinə, kameraların işıqları məni cəlb edir, onlar şou-biznes əhlinə həyat verir. Bilirəm ki, kameralar da məni sevir. Əldə etdiyim zirvədən düşmək istəmirəm, bunun üçün dayanmadan yeni layihələr və təkliflər üzərinə işləyirəm.

- Yəni, parıltı və dəbdəbəni, insanların sənə diqqət göstərməsini sevirsən?

- Onu kim sevməz ki? Modellik biznesində lazım olduğunu hiss etmək mənə çox xoşdur. Brendlər və moda evləri öz geyimlərini mənim üzərimdə nümayiş etdirmək istəyirsə, deməli müəyyən qədər özümü təsdiq edə bilmişəm.

- Bir xanım kimi sənə xanımların yoxsa kişilərin sevgisi və diqqəti daha vacibdir? Kişilərin sənin gözəlliyinə olan heyranlığı səni narahat etmir ki?

- Qadınlar üzərimdə gördüyü geyimləri bəyənir və ondan almağa can atırlar. Bu da, mənim qadınların diqqətini geyindiyim paltarlara cəlb etmək bacarığımla əlaqədardır. Qaldı ki, kişilərin diqqətinə, normal insanlar kimi mənə tək bir kişinin sevgisini hiss etmək bəs edir.

- Emosional insansan? Xarakterin işinə necə təsir göstərir?

- Çətin xarakterli insan deyiləm, xasiyyətcə çətin insanlarla da yola gedə bilirəm. Bu cür insanları böyük bir fəlakət kimi qəbul etmirəm. Hər kəsin həyatı özünə məxsusdur, onu istədiyi kimi yaşamalıdır. Təbii ki, başqalarının haqqını tapdalamamaq şərti ilə...

- Modellik sənə verib? Bu illər ərzində nələri öyrənmisən?

- Mən dünən yerimdən durub model olmamışam. Özünü peşəkar hesab edənlərdən daha çox təcrübəm var. Digər modellər kimi pul verib jurnallarda şəkillərimi yaymıram. Bir model üçün bundan böyük biabırçılıq ola bilməz. Mən pulla özümü reklam etmirəm, əksinə, mənə iş təklif edib, pul verirlər. Daha sonra zövqlü geyinməyi öyrənmişəm. Dəblə və zövqlə geyinəndə qadın özünü yaxşı hiss edir, öz güvəni artır.

- Model olmaq istəyən qızlara nə məsləhət görərdin?

- Bu dəqiqə hər yerindən duran model olmaq istəyir. Model olmaq üçün ən azı 170 sm boyun olmalıdır. Model olmaq istəyən qızlara demək istəyirəm ki, əvvəlcə boylarına baxsınlar. Daha sonra model olmağa qərar versinlər. Bu yaxınlarda model seçmək üçün münsif olaraq dəvət edilmişdim. Orda xarici gözəlliyini deyil, qızların şux qamətlərini və boy-buxununu əsas götürmüşdüm. Dolayası ilə, bu işi seçən qızlarımız əvvəlcə boylarına arxalanmalıdırlar. Qonararsız da heç bir fotosessiyada iştirak etməməlidirlər.

- Bəs, modellərin sponsorların hesabına özlərini reklam edib, gündəmdə qalması barədə nə fikirləşirsən?

- Bu günə kimi nə qazanmışamsa, hamısını öz gücümə etmişəm. Buna görə heç kimin köməyindən istifadə etmirəm. Mənim özümə də sponsorluq təklif edənlər olur. Amma mənim sponsor hesabına yüksəlmək niyyətim yoxdur. Çünki mənim tərbiyəm var. Amma bəzi modellər özlərini aparmağı bacarmırlar. Bax, həmin insanlara ədəbsiz təkliflər olur. Çünki onlar buna şərait yaradır. Model oturuşuna, duruşuna fikir verməlidir. Belə insanlar model biznesinin adını batırırlar.

- Səni fotosessiyalarda digər modellərdən fərqləndirən əsas cəhət nədir?

- Mən hər oğlan modellə çəkilməyə razı olmuram. Elvin Bəhmənli, Süleyman, Rüstəm Cəbrayılov, Əli Əkbər və İlqar Əliyevi layiqli model hesab etdiyim üçün onlarla, yalnız “love story” olmadan fotosessiyaya çəkilməyə razı oluram. Bundan əlavə, maraq dairəmdə olan fotosessiyalara çəkilməyə üstünlük verirəm. Fərqliliyim ondan ibarətdir ki, təkcə gözəl görünməyə can atmıram, maraqlı və cəzbedici olmaq üçün özünəməxsusluğumu qatıram.

- Bu sənin öz qərarındır yoxsa valideynlərinin qadağası?

- Modellik karyerama 16 yaşımda İspaniyada başlamışam. Əlbəttə ki, valideynlərimin də razılığı olub. “Love story” fotosessiyalarına çəkilməməyə özüm qərar vermişəm.

- Bəs Azər Atakişiyev peşəkar model deyil? Bu yaxınlarda çox maraqlı fotosesisya ilə qarşımıza çıxmışdı...

- O da çox peşəkar modeldir. Sadəcə adını deməyi unutdum.

- Futbol üzrə 2014-cü il dünya çempionatında kimə azarkeşlik edirsən?

- İspaniyanı dəstəkləyirdim, o da uduzdu.

- Gözəl qadınların ən böyük problemi və gözəl olmağın ən çətin tərəfi nədir?

- Məncə, qadınların ən böyük problemi saçlara və dəriyə qulluq etməkdir. Düzgün qulluq etməlisən ki, qaynaqlara ehtiyac qalmasın. Gözəl xanımların saçı, dırnağı səliqəli, ayaqqabı və çantası zövqlə seçilməlidir.

- Bəs şəxsi həyatda?

- Qadın xaraktercə özünə uyğun insan seçsə, məncə çətinliklər olmaz. Şəxsi həyatda valideynlər müdaxilə etdiyi anda problemlər yaranmağa başlayır. Qadın öz ürəyinin səsini dinləməlidir. Qızların çoxu varlı, imkanlı oğlan dalınca qaçırlar. Bu cür addım atmasınlar. Çünki sevgini və səadəti pulla almaq olmaz.

- Şəxsi həyatında yenilik var?

- Bu barədə heç kimə məlumat vermək istəmirəm. Amma bu yaxınlarda böyük bir yenilik olacaq. İki yol ayrıcında qalmışam. Yaxın zamanlarda biləcəksiniz...

- Nə gözəl, təbrik edirəm Belə başa düşdüm ki, çox xoşbəxtsən.

- Mən özümü hər zaman xoşbəxt hesab edirəm. Doğmalarımın sevimlisiyəm. Seçib ərə getmək yox, sevib ərə getmək xoşbəxtlikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm