Tabloid.az
Namiq Qaraçuxurlu Oksana ilə münasibətindən danışdı
Namiq Qaraçuxurlu oxuduğu yeni mahnısından danışıb. T
İfaçı “10Lar” verilişinə açıqlamasında “Mənim” adlı yeni mahnısından söz açıb. Meyxanaçı onu tükənən ifaçılar sırasında görənlərə zarafatyana hədə-qorxu da gəlib:
“Haqqımda kim elə deyir? Onun başını, qulağını kəsərəm. Əksinə, üzərimdə işləyirəm, çalışıram. Yeni mahnıma gəlincə, həzin bir mahnıdır. Sözləri və musiqisi mənə aiddir. Bu mahnım üçün ürəyim gedir. Gündə 5-6 dəfə qulaq asıram. Mənə elə gəlir ki, əsl sevgi elə bir dəfə olar. İlk və son olar. Deyim ki, özüm də xoşbəxtliyə doğru gedirəm”.
Son günlər adının rəqqasə Oksana Rəsulova ilə hallanmasından narahat olduğunu dilə gətirən meyxanaçı “özlərinin böyük günahlarını ört-basdır etmək üçün bu məlumatı yaydılar”, - deyə bildirib:
“Mən də kişi xeylağı olaraq susdum. İnsanlar da buna inandılar. Bu söhbətlərə görə Oksana ilə bizim dostluq münasibətlərimiz də pozulub. Oksanın və mənim şəxsi həyatım var. Bizi yaraşdırmaq lazım deyil”.
N.Qaraçuxurlu evlənməsi ilə bağlı da danışıb. Deyib ki, toyu qapalı keçiriləcək: “Həyat yoldaşımı kimsəyə göstəməyəcəyəm. Toy etsəm də, məclisdə yalnız kişilər olacaq. Gəlini də görməyəcəklər. Mən toyu, tamaşaçılar və ya media üçün yox, özüm üçün edirəm”.
Teleqraf.com
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ