Bədən quruluşuna uyğun çimərlik geyimləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Bədən quruluşuna uyğun çimərlik geyimləri - Fotolar

Bədən quruluşuna uyğun çimərlik geyimləri - Fotolar

Hər kəsin vücudunda özünün bəyənmədiyi qüsurlar ola bilər. Bədənini yaxşı tanıyan xanımlar bu qüsurları gizlədə bilirlər. Bəzi xanımlar isə artıq çəki və qüsurlarını gizlədən geyimlər tapa bilmirlər. Tabloid.az qüsurları aradan qaldırmaq üçün tövsiyələr təqdim edir:

Bütöv çimərlik dəstləri: Çimərliklərdə daha cazibəli və gözəl görünmək istəyən xanımlar tək dəstləri tərcih edirlər. Bu modellər daha çox bel dekoltesinə diqqət çəkir və qarnı arıq göstərir. Bəziləri isə sinə dekoltesini önə çəkir. Siz əsas diqqəti qüsuruz olan hissəyə yönəldin.

Üzmək üçün istifadə olunan çimərlik geyimləri: Üzməyi sevən xanımlar bütöv geyimləri tərcih etməlidirlər. İnsanların çox olduğu çimərliklərdə geyiminizin ipləri sizi narahat etməsini istəmirsinizsə, bütöv çimərlik geyimlərindən istifadə edin.

Sinəsi balaca olan xanımlar: Sinənizin balaca görünməsi sizi narahat edirsə, çiyindən asqılı çimərlik geyimlərinə üstünlük verin . Saç bandanasını xatırladan geyimlər də sizə mükəmməl görüntü verə bilər. Böyük sinəyə sahib xanımların əsla geyinə bilmədiyi kiçik tri-toplarla da onları qısqandıra bilərsiniz. Çalışın alt və üst geyimlər fərqli rənglərdə olsun.

Böyük sinəyə sahib xanımlar: Rahat ola bilmək üçün həm boyundan, həm də çiyindən bağlanan geyimlər tərcih edin. Nazik iplər yerinə qalın ipli geyimlər seçin. Dəstəksiz ( ipsiz) və saç bandanası şəklində olan geyimlərdən uzaq durun.

Qısa ayaqlara və bədənə sahib olanlar: Baldırların üst hissəsini açıq qoyacaq geyimlər seçərək, ayaqlarınıza daha uzun görünüş verə bilərsiniz. Bu seçim sizin həm də belinizi ortaya çıxarmağa kömək edir. Şaquli zolaqlı tərzdə olan parçaların insanı uzun göstərdiyini eşitməyən yoxdur. Alt geyimi tək rəng və üst geyimi şaquli xətli seçərək daha uzun görünə bilərsizniz. Şortiklər və ətək formasında olan geyimlər sizi daha balaca göstərəcək.

Uzun bədənə sahib olan qadınlar: Bel bölgəsində aksessuardan istifadə edərək sizi narahat edən uzun boyunuzu nizamlaya bilərsiniz. Parlaq rənglər sizə mükəmməl görüntü verəcək. Bütöv geyim seçirsinizsə, çiyinləri açıq modellərə üstünlük verin. Şortik və ətəkli geyimlər sizlərə daha çox yaraşır. Tək rəng, yüksək boyunlu və şaquli çizgili modellərdən uzaq durun.

İncə bel: Kəmərli və halqalı geyimlərə üstünlük verin. Tək rəng və üfüqi xətli bikinilərdən uzaq durun.

Geniş çiyinli xanımlar: Bədinin üst hissəsini balaca göstərib, alt hissəsini mükəmməl göstərmək istəyirsinizsə, diqqət çəkən sinə dekoltesindən və balaca alt geyimlərdən uzaq duraraq vücudunuzu “V” formasından çıxara bilərsiniz.

Göbəkli xanımlar: Balaca alt geyimlərindən və tək rəngli geyimlərdən uzaq durun.

Böyük ombalı olanlar: Mini ətəkli geyimlərə üstünlük verəsəniz, daha çəkici görünə bilərsiniz. Altda tək rəng, üstdə isə diqqət çəkən rənglər tərcih edin. Geniş asqılar və dərin dekolte ilə diqqəti yuxarı hissəyə çəkə bilərsiniz.

Hamilə qadınlar: Sinə hissədə ipli geyimlər seçib daha rahat ola bilərsiniz. Hamiləliyin son ayındasınızsa, bütöv geyimlər seçin. Yenə də çimərlikdə ən gözəl görünən xanımlar inanın ki, sizsiniz. Günəşdən zövq alın.

Qüsursuz bədən: Bütün qış yediyinə diqqət edib, yay aylarında fit görünüşə sahib olan xanımlar əziyyətinizin bəhrənsini görməyin tam vaxtıdır. Balaca çimərlik geyimləri, rəngarəng modellər hamısı sizin qüsursuz vücudunuza çox yaraşır. Bütün diqqətləri üzərinizə alıb siz də günəşlənməkdən zövq alın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm