• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Niyə “Çin qoroskopu” deyirik?

Niyə “Çin qoroskopu” deyirik?

Marko Polonun 1275-ci ildəki səyahətindən sonra avropalılar Çinin gözəlliyi, sərvəti və tarixi haqqında öyrəndilər. Xarici ünsürlərdən təcrid olunmuş çinlilər digər xalqlardan (misirlilər, haldeylər, babillilər və yunanlar) fərqli olaraq özlərinin astrologiyasını yaratdılar. Qədim Çində həyat, imperatorun ətrafında cərəyan edirdi. Onu "Göylərin Oğlu" adlandırırdılar və o, mütləq monarx idi. Konfutsi onlar barədə yazırdı: "Xeyir qüvvələrin köməyilə ölkəni idarə edən hökmdar parlaq ulduza bənzəyir. O, sarsılmaz qalır və hər şey onun ətrafında cərəyan edir." İnamlara görə, səma cisimləri ilə Yerdə yaşaya insanlar arasında gözəl münasibətləri məhz imperator yaradırdı.

Bir çox tarixçilər Çin astrologyasının inkişafını ilahi imperator Fu Tszının (təqribən e.ə. 2800-cü il) hakimiyyəti ilə bağlayırlar. "Banbuk salnaməsi" (281-ci ildə dəfn edilmiş Çin cəngavərinin qəbrindən tapılmış əlyazma) 12 Çin Zodiak işarəsinə ad vermiş və səmanı 28 Ay evinə bölmüş imperator Yao haqqında danışırdı.

Çin Zodiakı qərb Zodiakından fərqlənir. Onun əsasında 12 illik dövr dayanır və hər bir il müəyyən heyvanla təqdim olunur. Bu dövrü bəzən "Günəşin Sarı Yolu" da adlandırırlar.

Həmin heyvanlar bunlardır:

Siçan

Öküz

Şir

Dovşan

Əjdaha

İlan

At

Qoyun

Meymun

Xoruz

İt

Qaban

Əfsanəyə görə, ölüm yatağında olan Budda son dəfə görüşmək üçün bütün heyvanları öz yanına çağırır. Birinci olaraq məhz sadalanan heyvanlar gəlir.

Çin astrologiyası yalnız on iki illik dövrlə bitmir. Onun əsasında həm də 5 ünsür və ya element var (ağac, od, torpaq, metal və su). Çin qoroskopu 10 və 12 rəqəmlərinə istinad edir (məsələn, 10 səma lüləsi və 12 torpaq budağı). Qoroskopların tərtib edilməsində həm də qədim başlanğıclar - "yan" (kişi - müsbət) və "in" (qadın - mənfi) böyük rol oynayır.

Astrologiya Çin mədəniyyətinin ayrılmaz hissəsidir. Materialist və rasionalist fikirləri təbliğ edən yeni kommunist rejimi astrologiyanı cəfəngiyat hesab edirdi və insanlarda qoroskoplara olan inamı öldürməyə çalışırdı. Lakin dövlət hakimiyyəti bu qədim elmi məhv edə bilmədi. İndi hər bir çinli hansı heyvan işarəsi altında anadan olduğunu mükəmməl bilir və ünsiyyət zamanı tez-tez astroloji işarələrlə öz doğum tarixini həmsöhbətinə çatdırır. Ən mühüm qərarlar astroloji məsləhətlərə əsasən qəbul edilir. Xüsusən də ailə həyatı qurarkən çinli ilahi qüvvələrdən məsləhət istəyir. Astrologiya həm də maliyyə işləri, səyahət, tikinti və dəfn mərasimlərinə dair xeyirli məsləhətlər verir. Bəzi müasir münəccimlər Qərb astrologiyası ilə Çin astrologiyasını birləşdirmək istəyir. Onlar hər bir insana aid astroloji işarəni və heyvanlarla bağlı simvolları şamil edirlər. Hər iki mədəniyyəti birləşdirməyə çalışanlar bu məsələyə həsr olunmuş kitablara müraciət edə bilərlər. Əslində isə bizim hal-hazırda məşğul olduğumuz astrologiya bir çox cəhətlərinə görə Şərqə borcludur. Axı biz Günəş övladlarıyıq və əsas hallarda Günəş astrologiyasına əsaslanırıq (İlk Günəş astrologiyası zərdüştlükdə yaranıb – S.R.). Bizim astroloji biliklərin kökü Şumer mədəniyyəti və e.ə. 2800-cü illərdə Babil şəhərinin hökmdarı Sarqonun astroloji öncəgörmələrini əks etdirən sənədlərin fraqmentləri ilə bağlıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR