Tabloid.az
Tez və asan şəkildə arıqlamaq istəyən xanımlar bunu etsin - FOTOLAR
Arıqlamaq istəyən qadınların çoxu zəhmətə və ağır pəhrizlərə tab gətirmək istəmirlər. Eyni zamanda, ideal bədən quruluşuna sahib olmaq istəyirlər. Bəs onların arıqlamasını necə asanlaşdırmaq olar? Tabloid.az arıqlamaq istəyən qadınlara əyləncəli məşğuliyyətlərin ən asan üsullarını təqdim edir:
Balkonda bağ yaradın! Bağçanız yoxdursa, balkonunuzda kiçik bitki guşəsi yarada bilərsiniz. Bitki yetişdirmək sizi həm rahatladacaq, həm də hərəkət etdirəcək. Sadəcə çiçək əkmək yerinə, sevdiyiniz meyvə və tərəvəzlərdən birini də əkə bilərsiniz.
Dinamik olun! Evinizdə və getdiyiniz hər yerdə daim hərəkətdə olun. Evdə əşyaların yerini dəyişdirin, evi həftədə bir dəfə dərindən təmizləyin, pərdələri yuyun, dolabları yığışdırın. Bu işlərin hamısı nə qədər kalori yandırır.
Uşaqların arxasınca qaçın! Uşaqlarınız varsa, çox şanslınız. Onlarla vaxt keçirmək, elə idman deməkdir. Uşaqlarınızı da alıb parka gəzməyə aparın. Lakin oturacaqda oturub rəfiqələrinizlə söhbət etmək və uşaqları kənardan baxıb izləyərək ehtiyatlı olmasını söyləmək işə yaramaz. Siz də onların oyununa qoşulun, istədiyiniz qədər hoppanıb-tullanın.
Bahar təmizliyi! Bahar təmizliyini ilin hansı ayının olmasından asılı olmayaraq, edə bilərsiniz. Bahar təmizliyi çətin olduğu üçün onu bir neçə günə bölün. Beləcə bədəninizi hərəkət etdirə bilərsiniz. Evdə heyvan saxlayırsınızsa, işə onu yumaqdan başlaya bilərsiniz.
Alış-verişə gedin! Bu, ən rahat, ən asan və ən çox zövq verən “idman”-dır. Rahat idman ayaqqabılarınızı geyinib bəyəndiyiniz mağazaları gəzin, geyinib-çıxarın. Amma yorulub əldən düşəndən sonra nə gəldi yemək qadağandır. Ancaq yüngül salatlar yeyin.
Avtomobilinizi yuyun! Avtomobilinizi bir dəfə də özünüz dərindən təmizləyin.
Görüşə gedin! Sevdiyiniz insanla yaxşı vaxt keçirəndə qan dövranının süərtləndiyini bilirdiniz? Onunla əl-ələ tutub küçələri gəzin, hər yerdə özünüzdən bir xatirə qoyun, rəqs edin və s. Bu kimi fəaliyyətlər arıqlamağa kömək edir.
İşdə oturub qalmayın! İş yoldaşlarınıza deməli olduğunuz sözləri məktubla, mesajla söyləmək yerinə, yanına gedib deyin. Ofisdə pilləkən varsa, liftdən istifadə etməyi özünüzə qəti qadağan edin.
Qonaq dəvət edin! Elə bilirsiniz qonaq yola salmaq asan məsələdir? Qətiyyən. Bunun alış-verişi var, təmziliyi var, hazırlanmağı var, dadlı yeməklər bişirmək, qabları yumaq, sonra hər yeri yığışdırmaq... Artıq çəkidən azad olmaq üçün ən yaxşı üsuldur. Amma hazırladığınız hər şeyin dadına baxmasanız da, olar.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO