Günel Məhərrəmova: “Afaq məndən üzr istəyəcək” - Eksklüziv
Bizi izləyin

Tabloid.az

Günel Məhərrəmova: “Afaq məndən üzr istəyəcək” - Eksklüziv

“Afaq iddia edir ki, onda mənə aid otel və kişi siyahısı var. Əgər belədirsə, həmin siyahını ortaya qoysun. Yoxsa onun üçün pis olacaq. Bu məsələni Azərbaycan qanunlarına uyğun həll edəcəyəm”.

“Afaq iddia edir ki, onda mənə aid otel və kişi siyahısı var. Əgər belədirsə, həmin siyahını ortaya qoysun. Yoxsa onun üçün pis olacaq. Bu məsələni Azərbaycan qanunlarına uyğun həll edəcəyəm”.

Bu sözləri Tabloid.az-a açıqlamasında Günel Məhərrəmova Afaq Aslanın onun haqqında söylədiyi fikrə münasibət bildirərkən deyib.

O, əlavə edib ki, gələn həftə istirahətə yollanacaq. Bakıya qayıtdıqdan sonra isə məsələ ilə bağlı ölçü götürəcək:

“O, mənim valideynlərimə - ata-anama cavab versin! Haqqımda söylədiyi yalanlar nədir axı?! Əgər dediklərini sübuta yetirməsə, məndən üzr istəyəcək”.

Qeyd edək ki, bir neçə günüdür Afaq Aslanla Günel Məhərrəmli arasında qalmaqal yaşanır.

Qalmaqala səbəb Afaqın Günelə qarşı “zövqsüz müğənni”, “artıq çəkili” və “qabyuyan işləsin” kimi ifadələr işlətməsi olub.

Qarşı tərəfə cavab verən Günelin söylədikləri isə söz davasının daha da kəskin forma almasına rəvac verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm