• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aybəniz Haşımova Əzizə Mustafazadəyə insanlıq dərsi keçdi

Aybəniz Haşımova Əzizə Mustafazadəyə insanlıq dərsi keçdi

Əməkdar artist Aybəniz Haşımova qəzəblənib.

Tabloid.az xəbər verir ki, buna səbəb xalq artisti, Azərbaycandan kənarda yaşayan pianoçumuz Əzizə Mustafazadənin ANS-də Mirşahin Ağayevin müəllifi olduğu “Milli metr” proqramında vaxtı ilə bir sinifdə oxuduğu sinif yoldaşlarının ünvanına aşağılayıcı fikirlər səsləndirməsi olub.

Qeyd edək ki, Ə.Mustafazadə sinif yoldaşlarını xatırlamaq istəmədiyini deyərək, bunu keçmiş sinif yoldaşlarının ona qarşı paxıllığı ilə izah etməyə çalışıb. Bu da öz növbəsində onun sinif, hətta, parta yoldaşı olmuş A.Haşımovanın bərk xətrinə dəyib. O, da bu haqda “Facebook” profilində status yazıb:

“Milli metr” proqramına baxıram. Təəssüf ki, zamanında baxmamışam. Əzizə Mustafazədə danışır, əslində onu görəndə sevindim və istədim ki, onu dinləyim.

Əzizə ilə eyni partada əyləşmişəm, özü də neçə illər. Mirşahin Əzizəyə sual verir ki, məktəb yoldaşlarını xatırlayırsan? Deyir ki, xeyr! Onlar hamısı paxıl idi, onları yadıma da salmaq istəmirəm. İnanın ki, qurudum qaldım... Bəlkə sən özün paxıl olmusan, onu deyə bilmərəm, amma bir saniyə belə heç kəsə paxıllıq edəcəyimi ağlımdan keçirməmişəm. Əgər insanın öz içində soyuqqanlılıq varsa, öz dərdi ilə, özü-özü ilə qalırsa hər zaman, insanlardan uzaq gəzirsə, axı o kimi tanıya bilər?! O ki qaldı, bizim sinfin uşaqlarına, şəxşən mən düşünürəm ki, əzizim Əzizə Mustafazədə, siz sinif yoldaşlarınızı yaxşı tanımaq istəməmisiniz.

İstəsəydiniz görərdiniz ki, onlarin içində insanlıq öyrənəcəyiniz insanlar var idi.

A.Haşımova statusuna Əzizə Mustafazadənin “Facebook” səhifəsini də işarələyib. Qarşı tərəfin əməkdar artistimizə cavab verib-verməyəcəyini isə zaman göstərəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR