Hamilə qadınların doğru bildikləri 7 səhv
Bizi izləyin

Tabloid.az

Hamilə qadınların doğru bildikləri 7 səhv

Bir çox qadınlar hamilə qaldıqdan sonra özlərinə bəzi məhdudiyyətlər qoyurlar. Buna səbəb ətrafdan eşitdikləri, yaxınlarının tövsiyələri olur. Ancaq hamilə qadınlara qadağan edilənlərin çoxunun elmi dayağı yoxdur

Bir çox qadınlar hamilə qaldıqdan sonra özlərinə bəzi məhdudiyyətlər qoyurlar. Buna səbəb ətrafdan eşitdikləri, yaxınlarının tövsiyələri olur. Ancaq hamilə qadınlara qadağan edilənlərin çoxunun elmi dayağı yoxdur.

Tabloid.az hamilə qadınların doğru bildikləri 7 səhv məlumatı təqdim edir:

Hamilə qadın saçlarını boyamamalıdır

Hamilə qadının saçını boyamasının körpəyə zərərli olduğuna dair elmi sübut yoxdur.

Hamilə qadın təhlükəsizlik qapılarından keçməməlidir

Təhlükəsizlik qapılarında metal detektorlar var. Ancaq hər hansı bir radiasiyadan söhbət gedə bilməz. Bu səbəblə təhlükəsizlik qapılarından keçmək zərərli deyil.

Hamiləlikdə səfər etmək təhlükəlidir

Hamilə qadının son dörd həftəyə qədər avtomobildən istifadə etməsinin heç bir qorxusu yoxdur. Bəzən riskli hamiləlikdə qadına təyyarə ilə səyahət qadağan edilir. Buna isə həkim qərar verir.

Təyyarə ilə səyahət etmək istəyən xanımın hamiləliyin 26-cı həftəsindən sonra belə səyahətin təhlükəli olmadığına dair həkim arayışı almalıdır. Təyyarə səfərinin üç saatdan daha qısa olduğu hallarda və hamiləliklə əlaqədar hər hansı bir risk faktoru olmadıqda səfər əsnasında hərəkət, bol maye qəbul etmək kifayətdir.

Dəniz yolu ilə səyahət etmək istəyən hamilədə xüsusilə, ilk üç ay ərzində ürək bulanma və qusma arta bilər. Digər hallarda dəniz yolu ilə səyahət etmək də təhlükəli deyil.

Hamiləlikdə cinsi əlaqə qadağandır

Hamilə qadınları inandırırlar ki, orqazm erkən doğuşa səbəb ola bilər. Ancaq bu, səhv məlumatdır.

Qanaxma və ya erkən doğum təhlükəsi kimi hallar olmadığı təqdirdə hamiləlikdə cinsi əlaqə qadağan deyil. Əvvəllər son ayda cinsi əlaqə qadağan olunurdu. Ancaq son araşdırmalardan əldə edilən məlumatlarda cinsi əlaqənin doğuma qədər davam etməsində heç bir təhlükənin olmadığı bildirilib.

Hamilə qadın daha çox yeməlidir

Xanımlar düşnürlər ki, hamiləlik dövründə həm özü, həm də körpəsi üçün yaxşı qidalanmalıdır.

Ancaq hamiləlikdə qidalanma qaydaları hamilə olmayan qadınlardakı sağlam bəslənmədən fərqlənmir. Ancaq körpənin inkişafı üçün mütləq zülal, kalsium və vitamin və minerallar qida rasionunda yer almalıdır.

Vegetarian xanımlar da hamiləlikdə qidalanmalarına normal davam edə bilərlər. Qırmızı ət yemələri şərt deyil. Körpənin sümüklərinin inkişafı üçün kalsium qaynağı olaraq süd və süd məhsulları bol miqdarda qəbul edilməlidir.

Mobil telefonlar, kompüter və mikrodalğalı sobalardan istifadə etmək zərərlidir

Hamiləlik müddətində bunları istifadə etmək zərəli deyil. Ancaq hər ehtimala qarşı telefonla danışarkən qulaqcıqdan istifadə etmək məsləhət görülür.

Hamilə xanımlar idmanla məşğul ola bilməz

Hamilə qadının idman etməsinin heç bir zərəri yoxdur. Riskli hamiləlik (qanama, erkən doğum, əkiz hamiləlik, yüksək təzyiq, ürək xəstəliyi və s.) olmadığı təqdirdə idmana davam etmək olar. Artıq hamillər üçün “hamilə pilatesi”, “hamilə yoqası” kimi idman növləri də var. Ancaq hamilə qadınlar həm də üzərək, tennis oynayaraq və ya velosiped sürərək çox kökəlməkdən qoruna bilərlər. Üstəlik, idman ana bətnindəki uşağa da yaxşı təsir edir. İdman gələcəkdə uşağın immun sisteminin daha güclü və sağlam olmasına səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm