Oqtay Ustadan gicitkən otu şorbası - Resept
Bizi izləyin

Tabloid.az

Oqtay Ustadan gicitkən otu şorbası - Resept

Oqtay Ustadan gicitkən otu şorbası - Resept

Türkiyənin mətbəx kültüründə gicitkən otunun özünəməxsus yeri var. Bu bitki daha çox şorbalarda istifadə edilir. Sizə Oqtay Ustanın dadlı reseptlərindən biri olan gicitkən otu şorbasını təqdim edirik:

Tərkibi:

  • 500 qr gicitkən otu
  • 1 baş soğan
  • 2 xörək qaşığı qaynadılmış buğda ( vəya iri bulqur)
  • 1 stəkan qatıq
  • 2 diş sarımsaq
  • 1 xörək qaşığı un
  • 1 çay qaşığı duz
  • 5 stəkan ət suyu və ya su
  • 1 yumurta
  • 3 xörək qaşığı kərə yağı

Hazırlanması:
Gicitkəni bol suyla yuyub, incə-incə doğrayın. Qazana 2 xörək qaşığı kərə yağını, doğradığınız soğanı, sarımsaq və gicitkən otunu əlavə edib qovurun.

Daha sonra qaynadılmış buğdanı əlavə edib qarışdırın. (Bulquru isə qaynatmağa gərək yoxdur. Birbaşa əlavə edə bilərsiniz).

5 stəkan ət suyunu əlavə edib, zəif ocaqda qaynadın. Bir qabda yumurtanı, unu və qatığı yaxşıca qarışdırın. 1 xörək qaşığı kərə yağını kiçik qazana qoyub, üzərinə qarışdırdığmız sousu əlavə edin və qarışdıraraq bişirin. Daha sonra qaynamaqda olan şorbaya yavaş-yavaş əlavə edin.

Zəif atəşdə 10 dəqiqə bişirib ocaqdan alın. İsti-isti servis edin.

Şorbanın üzərinə quru nanə və qırmızı pul bibər də aləvə etmək olar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm