Hansı ölkədə kişilər cinsiyyət orqanını böyüdür?
Bizi izləyin

Tabloid.az

Hansı ölkədə kişilər cinsiyyət orqanını böyüdür?

Hansı ölkənin kişiləri bu sahədə rekord qırdılar?

Beynəlxalq Estetik və Plastik Cərrahları Cəmiyyəti (ISAPS - İnternational Society of Aesthetic Plastic Surgery) 2013-cü ildə dünyada gözəllik naminə edilən əməliyyatların statistikasını açıqlayıb.

Statistikaya görə, ötən il dünyada 23 milyon 500 min nəfər gözəlləşmək üçün plastik əməliyyat etdirib.

Statistika göstərir ki, alman kişiləri cinsiyyət orqanı böyütmə əməliyyatlarına görə, bu sahədə rekord qırıblar. Belə ki, ötən il həyata keçirilən 15 min 414 cinsiyyət orqanı böyütmə əməliyyatının 5-də 1-i almanların payına düşür. Keçən il nə az, nə çox, 2 min 786 nəfər alman cinsiyyət orqanını böyütdürüb.

Statistikaya görə, plastik əməliyyatlara ən çox qadınlar maraq göstərir. Belə ki, dünyada plastik əməliyyatların 87%-i qadınlar üzərində həyata keçirilir.

Qadınlar arasında ən populyar olan plastik əməliyyat sinə böyütməkdir. Bundan başqa liposaksiya, burun kiçiltmək, qırışları aradan qaldırmaq, saç əkdirmək kimi əməliyyatlar da qadınlar arasında geniş yayılıb.

Rəsmi rəqəmlərə görə, təkcə 2013-cü ildə dünyada 1 milyon 773 min 584 qadın sinəsini böyütdürüb, 1 milyon 614 min qadın liposaksiya etdirib, həmçinin, 954 min 423 nəfər daha gözəl bir buruna sahib olmaq üçün əməliyyat etdirib.

Statistika göstərir ki, kişilər arasında cinsiyyət orqanını böyütməkdən sonra ən populyar olan əməliyyat burun və qulaq kiçiltmək əməliyyatlarıdır.

2013-cü ilin statistikasına əsasən, keçən il dünyada ən çox bu ölkələrdə gözəllik əməliyyatı etdirilib:

ABŞ - 3.996.631 - (17 %)
Braziliya - 2.141.257 - (9,1 %)
Meksika - 884.353 - (3,8 %)
Almaniya - 654.115 - (2,8 %)
İspaniya - 447.177 - (1,9 %)

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm