Yayda rahat yatmaq üçün nə etmək lazımdır?
Bizi izləyin

Tabloid.az

Yayda rahat yatmaq üçün nə etmək lazımdır?

Yayda rahat yatmaq üçün nə etmək lazımdır?

Havalar isindikcə yuxusuzluq problemi artır. Xüsusilə, bürkü gecələrdə rahat yata bilmirik. Yay mövsümündə rahat yuxuya getmək üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. Yatağı pəncərə kənarına, külək əsən yerə çəkmək olar. İstiyə qarşı həssas və dözümsüz olan insanlar gecələr də kondisionerdən istifadə edə bilər.

Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.

Rahat yuxuya getməyin ilkin şərtlərindən biri də paltar qədər yataq və örtükləridir. Nəinki yayda, ilin bütün fəsillərində yataq dəstinin pambıqdan olması şərtdir.

Keyfiyyətli yay yuxusu üçün diqqət etməli olduğunuz digər bir məsələ yeməkdir. Gecə yatmazdan əvvəl yediyiniz son yeməklə yuxu arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş qidalardan qaçmaq lazımdır.

Yatmazdan əvvəl duş qəbul etmək də rahat yuxuya getməyə kömək edir. Əgər yatmağa gedərkən duş almaq imkanınız yoxdursa baş, əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını istəyisinizsə, bu nahiyələri açıq qoyun.

Rahat yatmaq üçün bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, əgər yayda yuxu ilə bağlı aşağıdakı problemləriniz varsa onda həkimə müraciət edin. Çünki yuxusuzluq bəzi təhlükəli xəstəliklərin gizli carçısı ola bilər.

  • Yuxuya getməkdə çətinlik çəkir və ya keyfiyyətsiz yatırsınızsa.
  • Necə saat yatmağınızdan asılı olmayaraq özünüzü səhər yorğun hiss edirsinizsə və ya yuxudan durmaqla bağlı probleminiz varsa.
  • Yuxuda nəfəs almaqda çətinlik çəkirsinizsə.
  • Gecə yatmamışdan öncə ayaqlarınızda ağrı, narahatlıq hiss edirsinizsə.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm