Məşhur siyasətçilərin sevimli kitabları
Bizi izləyin

Tabloid.az

Məşhur siyasətçilərin sevimli kitabları

Məşhur siyasətçilərin sevimli kitabları

Fransız filosofu Rene Rekart deyir: "Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir". Bəs adını dünya tarixinə qızıl hərflərlə yazdırmış siyasətçilər kimlərlə söhbətləşirlər? Tabloid.az "buro247.az" saytına istinadən siyasətçilərin sevimli kitablarının siyahısını təqdim edir:

Barak Obama, ABŞ prezidenti
"Solomonun mahnısı", Toni Morrison
Ədəbiyyatsevər kimi tanıdığımız Prezident Obamanın kitab siyahısı hətta prezident seçilməzdən əvvəl də ən aktual mövzulardan biri idi. Obamanın sevimli romanı Toni Morrisonun "Solomonun mahnısı"dır.

Hillari Klinton, ABŞ-ın sabiq dövlət katibi
"Balaca qadın", Luisa Mey Alkot
"Nəslimizdəki bütün qız uşaqları bu əsəri oxuyaraq böyüyüblər. Özümü həqiqətən Conun ailəsində yaşamış kimi hiss edirdim". "Balaca qadın" qadının evin gündəlik ehtiyaclarını necə tənzimlədiyini göstərən bədii izahdır. Kitab bir əsr bundan qabaq yazılmasına baxmayaraq hələ də gündəmlə uyğunlaşır. Qeyd edək ki, Amerikanın sabiq dövlət katibinin müəllifi olduğu "Seçkilər" kitabı da ən çox oxunanlar sırasındadır.

Ronald Reyqan, ABŞ-ın 40-cı prezidenti
"Mars şahzadəsi", Edqar Rays Berrouz
Ronald sərxoş atasının evindəki qeyri-müəyyənliklərdən və qorxulardan canını qurtarmaq üçün kitablardan istifadə edirdi. O, günlərini qonşu evə gedərək Edqar Rays Berrouzun kitablarını oxumaqla keçirirdi.

Bill Klinton, ABŞ-ın 42-ci prezidenti
"Meditatsiya", Markus Aurelius
"Markus Aurelius haqqında deyiləcək şey onun kövrək olması və həyatın tələb etdiyi balansı anlaması ola bilər. Bir imperator kimi onun böyük gücü var idi və bu kitab onun etməyəcəyi şeylər haqqındadır. Bu çox vacibdir".

Corc Buş, ABŞ-ın 43-cü prezidenti
"Yaxşı həyat və onun çətinlikləri: hüquqi yaşda amerikan arzusu", Robert C. Samuelson
Corc Buşun kitab oxuması haqqında çoxlu şübhələr olsa da, o, dəfələrlə kitaba olan sevgisini elan edib. Favoriti amerikan psixologiyasını analiz edən "Yaxşı həyat və onun çətinlikləri"dir.

Angela Markel, Almaniya kansleri
"Bibliya"
Merkel "Bibliya"nın həyatına böyük təsir göstərdiyini deyib. İncil Xristianlığın Müqəddəs kitablar toplusudur. Bibliya Əhdi-Ətiq və Əhdi-Cədid adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, bir sıra kitablardan ibarətdir.

Mariano Raxoy, İspaniyanın baş naziri
"Müqəddəs Mariya kilsəsi", İldefonso Falkones
Roman müəllifin şərhləri ilə verilmiş tarixi hadisələrdən ibarətdir. "Müqəddəs Mariya kilsəsi" Arnaunun həyatından bəhs edir, onun öz qabiliyyəti hesabına cəmiyyətin ən aşağı pilləsindən yüksək vəzifəsinə necə qalxması izah olunur.

Mişel Baxman, ABŞ konqresmeni
"Vəzifə borcu", Stivn Vilkins
Siyasətçinin siyahısındakı ən mübahisəli kitab olmasına baxmayaraq, bu onun ən sevimlisidir. Tənqidçilərin fikrinə görə, Li köləliyə qarşı olan ən güclü arqumentdir. Mişel prezident seçkiləri zamanı keçirdiyi kampaniyada "Vəzifə borcu"nun köləliklə bağlı ən güclü kitab olduğunu bildirmişdi.

Adolf Hitler, Alman Nasional Sosialist Fəhlə Partiyasının lideri
"Əhalinin və kütlənin psixologiyası", Qustav Lebon
Lebonun 1985-ci ildə yazdığı kütlənin psixologiyasını analiz edən bu kitab individualların özünü necə idarə etməli olduğunu və tarixi hadisələrin səbəbini izah edir.

Alfredo Perez Rubalcaba, İspaniya Sosialist İşçi Partiyasının lideri
"100 ilin tənhalığı", Qabriel Qarsiya Markes
Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks olunub. Bu nəslin tarixi - hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin ayrı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır.

Nikolya Sarkozi, Fransa Respublikasının 23-cü prezidenti
"Qırmızı və qara", Stendal
Stendalın 1830-cu ildə yazdığı romanın əsas qəhrəmanı Julien Soreldir.Bu gənc həyatda nailiyyət əldə etmək istəyir. İki rəng qara-keşişlik və qırmızı-zabitlik onun həyatında mühüm əhəmiyyətə malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm