“Maral” mahnısının əsl müəllifi kimdir? -Video
Bizi izləyin

Tabloid.az

“Maral” mahnısının əsl müəllifi kimdir? -Video

Bir neçə gün öncə ermənilər növbəti oğurluqlarını etdilər.

Bir neçə gün öncə ermənilər növbəti oğurluqlarını etdilər.

Tablid.az xatırladır ki, erməni müğənni Temur Javoyan Nadir Qafarzadənin ifasında sevilən “Maral” mahnısını oxuyaraq lentə alıb. Hətta o, bu mahnını yeni işıq üzü görəcək albomuna əlavə edəcəyini deyib.

Bildirək ki, “Maral” mahnısı əvvəllər türk və azərbaycanlı müğənnilər tərəfindən ifa edilib. Əslində mahnının ifaçıları özləri belə onun kimə məxsus olduğunu dəqiq deyə bilmirlər.

Bəs görəsən, “Maral” mahnısının müəllifləri kimdir? Bunu bir qədər araşdırmağa çalışdıq və mahnı barədə internetdə yayılan müxtəlif nəticələrlə qarşılaşdıq.

Belə ki, Türkiyə mətbuatında “Maral”ı Azərbaycan mahnısı adlandırsalar da, bəzi məlumatlara əsasən, mahnının sözləri Ertoğrul Polat, musiqisi isə Murat Kılıç adlı türkiyəli bəstəkardır.

Hətta ötən il “Maral” populyarlaşandan sonra Ertoğrul Polat sosial şəbəkədən ünvanladığı təhdid dolu məktublarda Nadir Qafarzadəni və mahnının aranjımançısı Fərid Kərimlini oğurluqda ittiham edib, hətta məhkəməyə müraciət edəcəyini bəyan edib. Onları 50 min dollarlıq cərimə etmək istəyindən də yazıb. Amma əlbəttə ki, bunlar elə sosial şəbəkədə söhbət olaraq da qalıb.

Aranjımançı Fərid Kərimli əslində heç özünün də mahnının dəqiq müəllifinin kim olduğunu bilmədiyini, lakin araşdırmalara əsasən, bəstəkarın Türkiyənin İğdır vilayətindən olduğunu öyrəndiyini deyib. Aranjımançı mahnını ilk dəfə məhz mərhum müğənni Azər Bülbülün ifasında eşitdiyini bildirib.

Digər məlumata əsasən, “Maral” adlı bəstəni ilk dəfə Türkiyədə o qədər də tanınmayan Dilək Şimşək adında bir müğənni lentə aldırıb.

Kiçik araşdırmamızdan belə məlum oldu ki, adıçəkilən mahnının müəllifi haqqında fikirlər müxtəlifdir. Biz mahnının Azərbaycan ya Türkiyə bəstəkarına məxsus olduğunu saf-çürük edərkən, artıq ermənilər “Maral”ımıza sahib çıxmağa cəhd edirlər.

Mövzunu davam etdirəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm