Tabloid.az
Gözləri böyük göstərməyin yolları
Gözlərinizin kiçik olmasından şikayət edirsiniz? Doğru makiyajla möcüzələr yarada bilərsiniz! Tabloid.az 4 addımda gözləri daha böyük göstərməyin yollarını təqdim edir:
Layner ya da göz qələminin gözləri daha böyük göstərmək üçün ən doğru vasitə olduğunu bilirsiniz, amma iş tətbiq etməyə gəldikdə heç cür istədiyiniz nəticəni əldə edə bilmirsiniz. Elə isə bu yazını oxuyun...
Göz qapağına laynerlə qalın bir xətt çəkin.
Gözün iç qisimini şaftalı-ağ tonlarında göz kölgələri ilə boyayın.
Bu gözün daha böyük görünməsini təmin edəcək.
Alt kirpiklərin altını ağ qələmlə vurğulaya bilərsiniz. Qələmin bəyaz rəngdə olmamasına diqqət edin, seçəcəyiniz rəng daha təbii tonlarda olmalıdır!
Üst kirpikləri təbii görünüşlü bir taxma kirpik köməyi ilə vurğulayın.
Gözətrafı qara dairlərdən xilas olmağın yolları
Yorğunluq ən çox insanın gözlərindən bəlli olur. Çoxlu yatsanız belə, allergiyadan yaranan gözaltı qaralar gözəl görüntüyə xələl gətirir. Bu zaman həm çirkin, həm də çox yorğun görüntü meydana gəlir. Korrektoru əvəz edən başqa vasitələrdən istifadə etməklə, parlaq gözlərə sahib olmaq çətin deyil.
Ağ göz qələmi: Gözlərin iç hissəsinə ağ göz qələmi çəkməklə, bir anda parlaq gözlərə sahib olarsınız. Qələmi gözün iç hissəsinə çəkib barmağınızla yedirin.
Korrektor: Sarı tonlarda korrektorla göz altındakı qara dairələri gizlətməklə rənginizi aça bilərsiniz.
Allergiya: Xüsusi dərmanlar istifadə edərək allergiyanın səbəb olduğu qara dairələrdən bir ay ərzində xilas ola bilərsiniz. Dərman istifadə etmək istəmirsinizsə, gecələr iki yastıqla yatın və gözlərin altındakı qan dövranının normaya düşməsini təmin edin.
Diqqəti uzaqlaşdırın: Diqqəti yorğun gözlərdən uzaqlaşdırın. Alt kirpiklərə tuş və ya qələm çəkməyin. Parlaq dodaq boyası ilə diqqəti dodaqlara yönəldə bilərsiniz.
Göz kremi: Həssas və nazik dəri altındakı damarlar göz altı qara dairələri əmələ gətirir. Kofein tərkibli kremlər qan damarlarını qidalandıra bilər. Bu yolla qara dairələrdən xilas olmaq asanlaşar.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq