• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İlk görüşə bunları geyinmək qəti olmaz - Fotolar

İlk görüşə bunları geyinmək qəti olmaz - Fotolar

İlk görüş hər iki tərəf üçün olduqca əhəmiyyət hesab olunur. Çünki gələcək münasibətlərin taleyi məhz ilk görüşdən sonra bəlli olur. İlk görüş həyəcanlı keçdiyi üçün düzgün geyim seçmək çətinlik yaradır. Bu zaman kişilərin gözündə gözəl görünmək və yaxşı təsir bağışlamaq istəyi əks nəticə ilə bitə bilər. Yanlış geyim seçimindən dolayı həyatınızın kişisini itirmək istəmirsinizsə, ilk görüşdə bunları qətiyyən geyinməyin:

Tökülən köynəklər: Tökülən köynəklərin insanı daha kök göstərdiyindən dolayı deyil, sadəcə ilk görüşdə şıq qadın təəssüratı yarada bilməyəcəksiniz. Bu tərz köynəklər qadını səliqəsiz göstərir.

İdman geyimləri: İdman paltarları qədər rahat geyim yoxdur, bunu qəbul edirik. Lakin ilk görüş üçün heç uyğun deyil. İlk görüşə bu geyimdə getsəniz, onun sizin üçün əhəmiyyətsiz adam olduğunu bildirmiş olarsınız. Eyni zamanda, idmançı büstqalteriniz və lasininiz sizin haqqınızda xoş xatirələr buraxmayacaq. Bu cür geyimlər münasibətləriniz möhkəmləndikdən sonra səfərə çıxan zaman uyğundur.

Qısa şortlar: İlk görüşdə həddindən artıq qısa şortlar və ətəklər geyinmək olmaz. Sizi seksual göstərdiyinizi düşünə bilərsiniz. Amma bu cür geyimlərlə kişilərin gözündə yaxşı imic formalaşdıra bilmərsiniz. Çox açıq geyimlər qadını çəkici etmək yerinə, bəsit göstərir.

Dikdabanlar: İlk görüşdə təbiiliyə daha çox yer verməlisiniz. Çox hündür ayaqqabılarla rahat gəzə bilmədiyiniz üçün gülməli vəziyyətə düşə bilərsiniz. Nə bilirsiniz, yeməkdən sonra sizinlə gəzintiyə çıxmaq təklif elədi...

Torba kimi böyük çantalar: Bir qəhvə içməyə gedirsinizsə, sizə nə qədər əşya lazım ola bilər ki? Əlinizdə iri çanta ilə küçələri dolaşmaq istəməzsiniz yəqin ki?

Şəffaf köynəklər: Açığı, büstqalterin o qədər bəlli olması sizin haqqınızda yaxşı heç nə vəd etmir. İlk görüşdə belə bir şey geyinmək qəti olmaz. Bir az sadə olun. Gözəlliyinizi gizli saxlayın...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR