Məryəmdən dünya ulduzlarını kölgədə qoyacaq tələblər
Bizi izləyin

Tabloid.az

Məryəmdən dünya ulduzlarını kölgədə qoyacaq tələblər

Aktrisa Məryəm Üzərli Türkiyəyə qayıtmağa qərar verib

Aktrisa Məryəm Üzərli Türkiyəyə qayıtmağa qərar verib.

Yaşadığı “tükənmişlik sindromu” səbəbi ilə rol aldığı “Möhtəşəm yüz il” serialından ayrılıb Almaniya gedən aktrisa Türkiyəyə qayıtmaq üçün bir sıra şərtlər irəli sürüb.

“Star TV” ilə 2 milyon lirəyə anlaşan Məryəmin şərtləri isə bunlardır:

Bölüm başına 60 min lirə alacaq;

Çəkilişlər 9 saatdan artıq davam etməyəcək;

İstanbulda bəyəndiyi evi kirayələcək və kirayə haqqını pörodüsser şirkəti ödəyəcək;

Aktrisa həftənin 3 günü Almaniyada olacaq;

Almaniyaya gediş-gəliş biletlərini də şirkət ödəyəcək.

Məryəmin bütün şərtləri qəbul olunub.

Qeyd edək ki, Məryəmin müqaviləsinin müddəti 2 ildir. Beləliklə aktrisa 2 ilə 2 milyon qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm