• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Sevişmə səhnələri gözümü qorxutmur” - Fotolar

“Sevişmə səhnələri gözümü qorxutmur” - Fotolar

Müsahibələrinin birində özünün də qeyd etdiyi kimi, o hansısa bacarığına və ya qeyri-adi zəkasına görə şöhrət qazanmayıb. Sadəcə olaraq çox gözəl olduğu üçün hamının diqqətini çəkib və Türkiyənin ən məşhur qadınlarından biri olması üçün bu gözəllik ona kifayət edib.

Təbii ki, populyarlaşmasında gözəlliyi qədər sevgililəri də rol oynayıb. Əvvəlcə məşhur futbolçu İlhan Mansızla sevgili olub və bunun sayəsində şou-aləmində tanınmağa başlayıb. Daha sonra özündən 18 yaş böyük olan zəngin iş adamı Volkan Böyükhanlı ilə yaşadığı eşq macərası ilə gündəmə gəlib. Elə bundan sonra da model kimi podiuma çıxmaq təklifləri alıb. Türkiyənin məşhur şoumenlərindən Okan Bayulgenlə olan münasibətindən sonra isə bir çox film təklifləri alan gənc qız hazırda Türkiyənin ən yaxşı aktrisalarının siyahısındadır.

Söhbət qeyri-adi üz cizgiləri, seksual baxışları və gözəlliyi ilə istədiyi hər şeyi əldə etməyə vərdiş edən Berrak Tüzünataçdan gedir. Bu gün “Şirin söbət”də Berrakın zirvəyə getdiyi yolda çəkdiyi çətinlikləri özündən öyrənəcəksiniz.

Əvvəlcə qeyd edim ki, Berrak Tüzünataç “Əlvida Rumeli”, “Bu qəlb səni unudarmı?”, “Ezel”, “Son” kimi seriallarda, həmçinin “Orqanizə işlər”, “Beyzanın qadınları”, “Əjdər qapanı”, “Bir ovuc dəniz” kimi filmlərdə rol alıb. Xüsusilə, “Əjdər qapanı” filmindəki sevişmə səhnələri ilə uzun müddət gündəmdən düşməyən gözəl model və aktrisa tənqidlərə məruz qalmışdı.

Aktrisalıq və modelik ilə bağlı heç bir təhsili olmayan Berrak illərlə medianın tənqidlərinə məruz qalsa da bacarıqlı olduğunu və əlindən hər iş gəldiyini artıq sübut edib.

“Sevgilim sayəsində tanındım”

- Necə oldu ki, şöhrət qazandın?

- Mən model kimi çalışırdım, aktrisa olmaqdan ötrü özünü öldürən adamlardan deyildim. İş belə gətirdi. Heç bir bacarığım yox idi, sadəcə gözələm, ona görə də işlərim yaxşı getdi. Sevgilim sayəsində tanındım. Ancaq öz üzərimdə işlədim və artıq daha təcrübəliyəm. Bu işlərin əlimdən gəldiyinə inanmağa başlamışam.

- Ötən illər səndə nələri dəyişdirdi?

- Özümlə bağlı analiz aparmağım çətindi. Amma həqiqətdir ki, insan hansısa bir iş üçün zaman ayıranda, öz üzərində işləyəndə, daha rahat olur və özünə güvəni artır.

- Hansı rollar səni daha çox çəkir?

- Həm rol aldığım, həm də sonra izlədiyim zaman zövq ala biləcəyim filmləri və serialları seçməyə diqqət edirəm.

- Hədəfin nədir, kim kimi olmaq istəyirsən?

- Başqalarının yanlışlarından dərs götürərək özüm kimi olmaq istəyirəm. Yaxşı bir aktrisa olmaq üçün əlimdən gələni edirəm.

-“Əjdər qapanı”ndakı sevişmə səhnələrin çox müzakirə olundu. Yenə belə səhnələr olacaq?

- Əlbəttə, çəkiləcəyəm. Çünki mən aktrisayam və işim həyatda baş verən hər şeyi canlandıra bilməkdir. Sevişmək də ən təbii şeydir. Sevişmə səhnələri gözümü qorxutmur.

“Türkan Şorayla adımın yanaşı hallanması belə…”

- Kino tənqidçisi Atilla Dorsay səni Türkan Şorayın taxtına namizəd göstərmişdi. Nə hiss etdin?

- Bunu niyə dediyini bilmirəm. Amma Türkan Şorayla adımın yanaşı hallanması belə mənim üçün qürurdur. Amma heç kim onun kimi ola bilməz.

- Hansı filmləri izləməkdən zövq alırsan?

- Məhəllələrdə xalalar olur e, hər şeylə maraqlanırlar. Mən də biraz onlara oxşayıram. Demək olar ki, izləmədiyim film yoxdur. Hər şeyi izləmək istəyirəm. Gündə 2-3 film izləyirəm.

“Seksual deyiləm”

- Səncə cazibədar və gözəl qadınsan?

- Artıq bununla barışmışam. İnsanlar elə olduğumu düşünürlər. Heç nə deyə bilmərəm.

-“Gözəllik başa bəladır” sözü düzdür?

- Məncə təkcə gözəllərin deyil, çox ağıllı, çox bacarıqlı, çox əyləncəli insanlar da problem yaşayırlar. Diqqət çəkən insan haqda dedi-qodular sürətlə yayılır.

- Kimə oxşayırsan?

- Əsər sahiblərinə: anama və atama.

Berrak Tüzünataç

- Qarşı cinsin nümayəndələrində səni ən çox nə cəlb edir?

- Bu insandan insana dəyişir. Hisslərlə bağlıdır. Konkret deyə bilmərəm ki, bunu bəyənirəm.

- Kişilərin sənə seks oyuncağı kimi baxmaları narahat etmir?

- Elə baxdıqlarını bilmirdim, səndən öyrəndim. Mənim üzüm gözəldir. Bədənim seksual deyil. Mənə gözəl deyə bilərsiniz, amma seksual deyiləm.

- Həmişə belə gözəl idin?

-Orta məktəbdə kök idim. Qamburger və koka-kola üçün ürəyim gedirdi. Həmişə “üzü çox gözəldi, amma yazıq çox kökdür” deyirdilər.

Anam özümü pis etməmək üçün “sərhəddəsən, bir kilo da kökəlsən şişman olacaqsan. Çörəyi çox yemə” deyirdi.

Ancaq 15 yaşım olanda bir oğlandan çox xoşum gəldi. Onun diqqətini çəkmək istəyirdim. Birlikdə dənizə gedəcəkdik. Bikini geyinmək istəyirdim. Ona görə də bir ayda 8-9 kilo arıqladım.

- Dostların çoxdur?

- Mənim kişi dostlarımın sayı qız dostlarımdan çoxdur. Ən yaxın dostlarım kişilərdir. Onlar mənimlə gözəl olduğum üçün deyil, əylncəli olduğum üçün dostluq edirlər.

- Bəs niyə ən yaxın dostların kişilərdir? Qadınlarla yola gedə bilmirsən?

- Çünki kişilər gülməlidirlər. “Discovery Channel” kanalını açıb təyyarələrin necə hazırlandığını izləyirlər. Ancaq bir qıza pultu versən, o dəqiqə eşq filmi izləyəcək. Kişilər elə deyil. Məsələn, bir adamın əlində fotokamera görsələr, onun necə işlədiyi ilə maraqlanacaqlar, şəkil çəkməyi öyrənməyə çalışacaqlar. Kişilərin maraq dairələri daha genişdir. Ən çox da bu xüsusiyyətlərini bəyənirəm. Qızlar isə davamlı eyni mövzulardan danışırlar – kişilərdən və arıqlamağın yollarından…

berrak tüzünataç mükemmel vucudunu ön plana sermiş mini elbiseli

- Elə olub ki, çox bəyəndiyin bir kişini əldə edə bilməmisən?

- Yox. Nə yalan danışım. İstədiyim kişiləri həmişə əldə etmişəm.

- Sənin üçün bir adamın ağıllı olması önəmlidir, yoxsa çox yaraşıqlı və ya zəngin olması?

- Heç biri. Mənim diqqətimi çəkməsi üçün yaxşı ürəyə sahib olmalıdır. Demirəm çox çirkin olsun. Amma ürəyinin təmiz olması daha önəmlidir.

- İki seçim imkanın olsaydi, çox ağıllı amma çirkin olmaq, və ya orta dərəcədə zəkaya sahib gözəl olmaq. Hansını seçərdin?

- Təbii ki, orta dərəcəli zəkanı və çox gözəl olmağı seçərdim. Yaşamağıma kömək edəcək qədər zəkam olsa bəsdir. Zəkanın çox olması zərərlidir.

- Özündə ən bəyənmədiyin xüsusiyyətin hansıdır?

- Çox səbirsizəm. Bəzən insanlar hər şeydən tez bezdiyimi düşünürlər.

- Duyğular önəmlidir yoxsa məntiq?

- Qadınların həssas olmaları çatmır mənə. Mən elə deyiləm. İncisəm də bunu bəlli etmərəm, ağlamaram. Göz yaşımı heç kim görə bilməz. Daha çox məntiqlə qərar verirəm.

- Özünü ən çox harada və kiminlə yaxşı hiss edirsən?

- Yanlarında səssiz otura bildiyim, səmimi olduğum insanlarla.

- Həyatda səni ən çox nə həyəcanlandırır?

- İşlə bağlı olan müsbət irəliləyişlər, eşq və böyük dəyişikliklər.

- Eşq nədir sənin üçün?

- Əhəmiyyətli, şirin və insanın mütləq yaşamalı olduğu hiss.

- Nejat İşlərlə münasibətiniz nə yerdədir?

- Bu mövzuda danışmaq istəmirəm. Şəxsi həyatımla bağlı danışmağı sevmirəm.

- Eyni peşənin nümayəndələri arasında sevgi münasibətinin yaxşı alınmadığı deyilir.

- Bu peşədən deyil, dünyagörüşündən asılıdır.

- Münasibətlərdə ən əyləncəli dövr hansıdır ?

- Təbii ki, iki insanın bir-birini tanımağa başlaması. Tanıdıqdan sonra biraz mənasızlaşır. Həyacan itir.

“Qışın ortasında niyə bikini almalıyam, axı?”



- Bu günə kimi saç rəngini heş dəyişdirməmisən. Nəsə xüsusi səbəbi var?

- Saç rəngim həmişə eyni olub. Bəzən mən də sıxılıram. Dəyişiklik etmək istəyirəm, tez də vaz keçirəm. Amma dalğalı və dağınıq saçımla çox rahatam.

- Əsla geyinmərəm dediyin paltar var?

- 80-ci illərin modası mənə çox uzaqdır. O dövrdə yaşamaq və o paltarları geyinmək istəmərəm.

- Alış-verişə nə qədər vaxt ayırırsan?

- Alış-verişi sevmirəm. Onsuz da brendlərin məqsədini də başa düşmüş deyiləm. Məsələn, yanvarda yaz mövsümün paltarlarını satırlar. Nə bilim, mən yaz geyimini yazda alıram. Qışın ortasında niyə bikini almalıyam axı?

Qış alış-verişi etməyi isə ümumiyyətlə, sevmirəm. Onsuz da qat-qat geyinirik. Bir də alış-veriş etməyimə ehtiyac qalmır. Hər şeyimi sponsorlar qarşılayırlar. Geyinirəm, sonra geri qaytarıram. Heç pul xərcləmirəm geyimə.

- Modaya yanaşman necədir?

- Mağaza-mağaza dolaşmağı sevmirəm. Bildiyim yerlər var, həmişə oralardan alış-veriş edirəm. Modanı təqib etmirəm. Bəyəndiklərimi alıram. Məsələn, hər yaz mavi rəngli boyunbağı alıram. Bunun trend olub olmaması mənim üçün heç bir məna ifadə etmir.

- Ən çox hansı aksessuarlardan istifadə edirsən?

- Sırğa taxmağı sevirəm.

berrak tüzünataç profesyonel çekimlerden kolaj

berrak tüzünataç muhteşem yüzyıl dekolte elbiseli hali

Xəbər lenti

DAHA ÇOX XƏBƏR