Qaralmış diz və dirsəkləri təbii yolla ağardın
Bizi izləyin

Tabloid.az

Qaralmış diz və dirsəkləri təbii yolla ağardın

Qaralmış diz və dirsəkləri təbii yolla ağardın

Dirsəklər və dizlər bədənin digər bölgələri ilə müqayisədə daha az qulluq edilən və çox vaxt laqeydlik göstərdiyimiz bölgələrdir. Xüsusən də yayda açıq geyimlər geyindiyimiz üçün dirsəklər və dizlər daha çox çirkə, toza məruz qalır. Dolayısı ilə dizlər və dirsəklər quruyub qarala bilər. Qaralmış diz və dirsəklər isə gözəlliyə tam mənası ilə kölgə salır. Bunun üçün əvvəlcə duşda bu bölgələri kisə ilə yaxşıca ovmaq lazımdır. Dirsək və dizləri duş zamanı sərt və təbii tüklərdən düzəldilmiş duş fırçası ya da bitki mənşəli liflərdən olan süngər ilə masaj edin. Beləcə, diz və dirsəklərdə yığılmış ölü hüceyrə təbəqəsi gedəcək, nəticədə isə rəngləri açılacaq və yumşalacaq. Duşdan sonra dirsək və dizlərə losyon çəkməyi unutmayın.

Losyonun daha qatı və krem kimi olanını seçin. Həmçinin gecə yatmazdan əvvəl də bu proseduranı təkrarlaya bilərsiniz. Qalın bir təbəqə halında sürtdüyünüz losyonun daha sürətli əmilməsini təmin etmək üçün dirsək və dizlərinizi gecə yatarkən bağlaya bilərsiniz. Bunun üçün corab, qolluq və s. istifadə edə bilərsiniz.

İsti sudan uzaq durun

İsti duş kimi xoşbəxt etməz ki? Lakin isti su dəridəki yağı əmir və bu səbəblə dəri qurumağa başlayır. Təbii ki, ən başda dirsək və dizlər quruyur. İsti yerinə ilıq duş qəbul etmək məsləhət görülür.

Əgər dərinizin qurumasının qarşısını almaq istəyirsinizsə, o halda onu qorumalısınız. Dirsək və dizləri uzun qollu geyim və uzun şalvarlarla soyuq, küləkli, quru havalardan qoruya bilərsiniz. Köynək və bluzların dərinizi qaşındırmayacaq yumşaqlıqda olmasına diqqət edin.

Daha sonra isə aşağıdakı maskaları sınaqdan keçirə bilərsiniz.

Bir yemək qaşığı limon suyu, bir xörək qaşığı qliserin, dörd xörək qaşığı süd və bir ədəd E vitaminini qarışdırın. Qarışığı diz və dirsəkləri masaj edərək yedirin və 10-15 dəqiqə gözləyin, ardından durulayın.

Dirsəkləri və dizləri limonla masaj edin, beləliklə limonun turşusu bölgədəki dərini təmizləyəcək.

Yaş arpayla noxud ununu qarışdırın və bölgəni ölü dəridən təmizlənmək üçün qarışıqla ovun.

Hindqozu yağı qaralan diz və dirsəkləri ağartmaqda olduqca təsirlidir.

Pomidor suyu ilə qaralan bölgələri masaj edin.

Quru və çatlaq dirsəkləri hindqozu yağı liə ovaraq yumuşalda bilərsiniz.

Həftədə bir ya da iki dəfə, pambığa ilıq badam yağı töküb dirsəklərinizə sarın və bir neçə saat gözlədin. Bunun ardından üzərinə bol miqdarda süfrə duzu tökdüyünüz yarım limonla dirsəklərinizi ovun.

Dirsəklər çox sərtləşmiş, dərin çatlaqlar meydana gəlmişsə, 50 qram cəfərinin üzərinə 100 qram qaynar su tökün. İki həftə ərzində hər gün, bu su ilə dirsəkləri yuyun, ya da bu suya batırılmış pambığı dirsəyinizə bağlayaraq yumşalmasını təmin edə bilərsiniz.

Kartof maskası da qurumuş və qaralmış diz-dirsək bölgəsi üçün əlverişli hesab olunur. Bu maskanın hazırlanması üçün 1 ədəd orta boy kartof, bir xörək qaşığı bal lazımdır. Kartofu qaynatdıqdan sonra əzin və pürə halına gətirin. 1 xörək qaşığı balı içinə əlavə edib kartofun balı əmməsini təmin edin. Əldə etdiyiniz məcunu diz və dirsəklərə çəkib ən az 25-30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yaxalyın.

Spirtli məhsullar istifadə etməyin

Dəri baxım məhsullarını seçərkən tərkibinə mütləq nəzər salın.

Əgər tərkibində spirt varsa, uzaq durun, çünki spirtli məhsullar dərini qurudur.

Stressdən qorunun

Dərinizə zərər verən, onu qurudan faktorlardan biri də stressdir.

Özünüzü stressdən nə qədər uzaq tutsanız, dərinizə o qədər yaxşılıq etmiş olarsınız.

İdmanla da az da olsa stressinizi azalda bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm