Cazibədar aktrisanın hitə çevrilən aksessuarları – Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar aktrisanın hitə çevrilən aksessuarları – Fotolar

Sırğalarını təkcə bir qulağına taxan gözəlçə bu üslubunu trendə çevirməyi bacarıb

Özünəməxsus tərzi ilə həmişə diqqət mərkəzində olan gözəl aktrisa Emma Vatson aksessuarları ilə dəb tendensiyası yaradır.

Sırğalarını təkcə bir qulağına taxan gözəlçə bu üslubunu trendə çevirməyi bacarıb.

Aktrisalıq bacarığı qədər stili ilə də heyranlıq yaradan gənc ulduz adətən sadə, amma şıq seçimləri ilə yadda qalır.

Tərzini sadə amma diqqət cəlb edən aksessuarlarla vurğulayan Emma sırğaları daha çox sevir.

24 yaşlı aktrisa son vaxtlar tək qulağa taxılan sırğaları ilə gündəmdədir. Bu tərz həm günlük həyatda, həm də qırmızı xalı gecələrində Emmanın vaz keçilməzi olub desək, yanılmarıq.

Emma Paris moda həftəsində də geyimi və aksessuar seçimi ilə digər Hollivud ulduzlarından fərqləndiyini sübut edib.

Bu yaxınlarda Parisdəki “Valentino Haute Couture” dəfiləsini izləməyə gələn ulduz qara gipürlü geyimi və dəri pencək kombini ilə diqqəti özünə çəkməyi bacarmışdı.

Dəri pencəklə inci sırğanı kombin etmək ancaq Emmanın ağlına gələ bilərdi. Bu kombini ilə o, çılğın amma sadə stilini nümayiş etdirib.

Parisdə baş tutan “Giambattista Valli” dəfiləsini izləməyən gələn Emma yenə tərzi ilə moda dizaynerlərindən müsbət rəylər almışdı.

Sadə, qara rəngli paltarını zəncirli sırğaları ilə tamamlayan aktrisa sadə şıqlığın əsl təcəssümünə çevrilib.

Emmanın inci və brilyant sırğalara qarşı həssas olduğu görünür.

Ulduz daha çox belə sılrğalara üstünlük verir. Rəngli və sadəlikdən uzaq aksessuarları isə sevmir.

“Golden Globe” mükafat mərasimində geyimi ilə hamını təəccübləndirən aktrisa şalvar, kürəyi açıq qeyri-adi üst geyimi ilə “Dior”un məşhur inci sırğalarını kombin etmişdi.

Sonuncu dəfə “Noah” filminin qalasında görüntülənən gözəl aktrisa bu dəfə qulağını başda-aşağı örtən zərif brilyant sırğası ilə diqqət çəkmişdi.

emma watson trend belirleyen aksesuar kupe manset mkl

Beləliklə, Emma Vatsondan ilham alaraq son günlərin ən trend dəb hərəkətinin sırğanı tək qulağa taxmaq olduğunu deyə bilərik. Siz də stilinizə zəriflik qatmaq istəyirsinizsə, inci və brilyant sırğa və boyunbağılarla bunu həyata keçirə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm