Quru saçlar üçün maskalar
Bizi izləyin

Tabloid.az

Quru saçlar üçün maskalar

Xüsusilə də yay aylarında hovuz və dənizdə çox vaxt keçirən qadınların əsas problelərindən biri də saçlarının quruması və qırılaraq tökülməsidir

Xüsusilə də yay aylarında hovuz və dənizdə çox vaxt keçirən qadınların əsas problemlərindən biri də saçlarının quruması və qırılaraq tökülməsidir.

Saç quruluğu gələcəkdə saçqıran probleminə səbəb olur.

Maya maskası

1 stəkan zeytunyağı ilə 1 qaşıq mayanı qarışdırın.

Saçları hissələrə ayırın. Maskanı saçları boyadığınız zaman etdiyiniz kimi mərhələli şəkildə çəkin.

1 saat gözləyin. Quru saçlar üçün şampunla saçlarınızı yuyun.

Lavanda maskası

1 qaşıq balı 1 stəkan zeytunyağı, 1 qaşıq lavanda yağı ilə qarışdırın.

Bu qarışımı saça çəkib 2 saat gözləyin.

Saçlarınızı şampunla yuyun.

Qaraçörək otu maskası

1 qaşıq zeytunyağını 1 qaşıq çörəkotu yağı, 2 qaşıq arqan yağı ilə qarışdırın və saçınıza çəkib 1 saat gözləyin.

Saçınızı yenə saç tipinizə uyğun olan şampunla yuyun.

Bu maskalardan birini seçin və davamlı olaraq həftədə iki dəfə istifadə edin. Saçlarınızın yumuşaqlığı sizi təəccübləndirəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm