Tabloid.az
İnsanı sakitləşdirən qidalar hansılardır?
Son vaxtlar aparılan araşdırmalar qəbul etdiyimiz qidaların insanın ruh halına təsir etdiyini sübut edir.
Demə qidalar insanın psixologiyasına təsir edir, onu aqressivləşdirir, sakitləşdirir və ya depressiyaya salır.
Çünki qidalardakı müxtəlif maddələr beyinin funksiyalarına təsir edir, bu da bədənimizdə həm kimyəvi, həm də psixoloji dəyişikliklrə gətirib çıxarır.
Əgər dorğu qidalardan istifadə etməyi öyrənsəniz, daha pozitiv
və xoşbəxt olmağı asanlıla bacararsınız.
Tabloid.az sizin üçün hansı qidaların ruh halına
necə təsir etdiyini araşdırıb:
D vitamini
Tərkibində D vitamin olan qidalar yedikdə beyindəki serotonin maddəsinin səviyyəsi yüksəlir. Bu da insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur.
Araşdırmalar göstərir ki, xüsusilə də mövsüm dəyişiklikləri ilə bağlı olaraq özünü yorğun hiss edən insanlar tərkibində bol miqdarda D vitamini olan qidalardan istifadə edərək bu problem həll edə bilərlər.
D vitaminini daha çox Günəşdən alırıq. Tərkibində D vitamini olan qidalar isə balıq, balıq yağı, yumurta, kartof, pendir və sairdir.
Yorğunluğu aradan qaldırmaq üçün bu qidalardan istifadə edin!
İspanaq, dəniz məhsulları, qırmızı bibər kimi qidalar insana enerji verir. Həmçinin günlük qida rasionunuzda yağsız quzu əti və yumurtanın olması önəmlidir.
Karbohidratlar
Tərkibində bol miqdrada karbohidrat olan qidalar insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur. Bu həmin qidaların tərkibində həm də amin turşularının olmasından qaynaqlanır.
Şokolad, banan və süd kimi qidalar bu qəbildəndir.Bu qidaların tərkibindəki təbii amin turşuları serotonin hormonunun istehsalını sürətləndirir.
Səhərlər badam, xurma, fındıq kimi meyvələr yesəniz, gün boyu özünüzü möhtəşəm hiss edəcəksiniz.
B vitamini
Ruh halına təsir edən digər bir vitamin də B vitaminidir. Bədəndə B6 ve B 12 vitaminlərinin çatışmazlığı depressiyaya səbəb olur. Bunun qarşısını almaq üçün ət , süd , yumurta, toyuq kimi qidalardan bol miqdarda yeməlisiniz.
Sağlam qidalanmaq ruh halına necə təsir
edir?
Bəzən stress depressiyaya gətirib çıxarır. Ancaq sağlam qidalanan
insan nə qədər gərgin vəziyyətə düşsə də, stressli vəziyyətin
köləsi olmur. Onun beyni sürətli qərarlar verir və o yorğun hiss
etmədiyi üçün hər bir işin öhdəsindən asanlıqla gəlir. Sağlam
qidalanmayan insan isə daim yorğun olur və kiçik bir problem belə
onu həyatdan bezdirə bilir.
Müətəxəsislər çobanyastığı çayının insanı sakitləşdirdiyini deyirlər. Hələ bu çaya bir dilim də limon əlavə etsəniz, stress sizə yaxın gələ bilməz.
Depressiyadan uzaq olmaq üçün tərkibində seleni olan qidalardan da istifadə etmək vacibdir.
İnsan yediklərinə bənzəyir
Hələ də yediklərinizin ruh halınıza təsir etdiyinə inanmırsınız? Onda özünüz müşahidə aparın. Doğru qidalanmadıqda birdən-birə, ortada heç bir səbəb yox ikən stress keçirdiyinizi, həyatdan bezdiyinizi və aqressivləşdiyinizi hiss edəcəksiniz. Sadəcə olaraq insanlar bu halları gündəlik həyatda qarşılaşdıqları problemlərə əlaqələndirilər. Düzdür əlbəttə, ətraf mühitin və həyatımzdakı insanların psixologiyamıza təsiri böyükdür. Ancaq ən az onlar qədər yediklərimiz də bizim özümüzü necə hiss edəcəyimizi müəyyənləşdirir.
Sonda onu qeyd edək ki, aparılan araşdırmalar göstərib ki, 7 həftə ərzində əlavə selen qəbul edən 16 xəstə depressiyadan çıxıb. Bu da bir daha sübut edir ki, lazımlı qidaları yeyərək daha stressiz və xoşbəxt həyat yaşaya bilərik.
Tabloid.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR