Bütün dünya onu sevirdi, o isə özünü yox – Video
Bizi izləyin

Tabloid.az

Bütün dünya onu sevirdi, o isə özünü yox – Video

Bu gün "Pop kralı" olaraq xatırlanan Maykl Ceksonun dünyaya göz açdığı gündür

Bu gün "Pop kralı" olaraq xatırlanan Maykl Ceksonun dünyaya göz açdığı gündür.

Maykl Jozef Cekson 29 avqust 1958-ci ildə dünyaya göz açan əfsanəvi müğənni, musiqiçi, bəstəkar, söz yazarı, rəqqas olub. 9 uşaqlı ailənin 7-ci övladı olan Maykl musiqi aləminə atasının yaratdığı "The Jacksons 5" qrupu ilə addım atıb. Uşaq yaşlarından başlayaraq qardaşları ilə birgə klublarda mahnı oxumağa başlayan Maykl tezliklə onlardan seçilir. Necə deyərlər, ondakı ulduz işığı hamının gözünü qamaşdırır. Beləliklə, o, bir çox mahnı müsabiqələrində qalib gəlir.

Müğənninin ilk solo albomu "Off the Wall"da bir çox hit mahnı var idi.

"Don't Stop 'Til You Get Enough", "She's Out Of My Life", "Off The Wall", "Rock With You" kimi mahnılar Maykla dünya şöhrəti gətirdi.

"Off the Wall" albomu Maykla “American Music Awards”da 3 nominasiya üzrə mükafat qazanır. Maykl əsl şöhrətə “Thriller” albomu ilə qovuşur.

Sadəcə mahnıları ilə deyil, klipləri, səhnə şouları, geyim tərzi ilə də diqqət çəkən Maykl qısa zamanda fenomenə çevrilir.

Maykl həm də psixoloji problemlər yaşayır. Bütün dünya onu sevirdi, o isə qaradərili olmaq istəmirdi. Onun fikrinə görə, insan ağ olmalı idi. Bu istəyinə qovuşmaq üçün onlarla əməliyyat etdirir. Dəri xərçənginə yaxalandığı deyilən pop-ulduzun görüntüsü qorxunc hal alır. Burnuna da dəfələrlə əməliyyat etdirən Maykl tanınmaz hala düşür.

Ancaq insanalr onu bu halıyla da qəbul edirlər. Axı o, dünyaya 1000 ildə bir gələ biləcək tək-tük insanlardan biridir.

Dünyanın musiqi və rəqsə baxış bucağını dəyişən bu dahi insan 2009-cu ilin 25 iyununda, 51 yaşında ikən evində ölü tapılır. Onun qəbul etdiyi dərman nəticəsində zəhərləndiyi deyilir. Məhkəmə prosesi onun ölümündə həkiminin günahkar olduğunu üzə çıxarır. Belə ki, həkim ona dozadan artıq iynə vurmuşdu.

Pop-kralının ölümü bir çox fanatını depressiyaya salır. Maykılın ölüm xəbərini eşidərək dəhşətə düşən fanatlarından 12-si intihar edir.

Dünyanın gündəmi dəyişir, həftələrlə pop ulduzun ölümü müzakirə olunur.

Bu zaman bir çox sensasiyalı xəbərlər də yayılır. İnternetdə Mayklın ölmədiyini sübut etməyə çalışan insanlar bir sıra videolar yayırlar. Onun evində kölgə şəklində göründüyü deyilir. Bir qrup insan müğənninin şöhrət və puldan bezdiyini və rahat yaşamaq üçün bu tamaşanı hazırladığını iddia edirlər. Həqiqətən də Maykl Ceksonun ölümünü qəbul etmək çox çətindir.

Ancaq əsl fanatları üçün o ölümsüzdür, çünki Mayklın mahnıları yüz illər sonra da dinləniləcək və bəyəniləcək.Pop kralının ölümsüz mahnılarından birini təqdim edirik:

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm