Aygün bu adama görə səhnəyə qayıtdı - Video
Bizi izləyin

Tabloid.az

Aygün bu adama görə səhnəyə qayıtdı - Video

Bəstəkar Tural Bayraməliyevin yeni bəstəsini əməkdar artist Aygün Bəylər səsləndirib. “Düşündüm” adlanan bəstə bir müddət öncə sənətdən uzaqlaşdığı barədə xəbərləri dolaşan Aygün Bəylərin dönüş nəğməsi hesab olunur. Bəstəkar mahnıya öz sözlərini əlavə etm

Bəstəkar Tural Bayraməliyevin yeni bəstəsini əməkdar artist Aygün Bəylər səsləndirib. “Düşündüm” adlanan bəstə bir müddət öncə sənətdən uzaqlaşdığı barədə xəbərləri dolaşan Aygün Bəylərin dönüş nəğməsi hesab olunur. Bəstəkar mahnıya öz sözlərini əlavə etməklə, Aygün xanımın bəstəyə olan sevgisini tamamlayıb.

“Aygün xanımla işbirliyimiz “Getmisən” mahnısı ilə başlayıb, “Düşündüm”lə davam edir. Yeni əməkdaşlıq sözün əsl mənasında Aygün xanımı düşündürdü, özündə nəyisə tapdı. Səsinin gözəlliyini mahnıya qatıtıb, tandemi tamamladı” – deyən bəstəkar klip çəkilişindən xəbər verdi.

Müəllif və ifaçının tezliklə klip çəkilişlərinə hazırlaşdığını öyrəndik. Qeyd edək ki, ekran işi rejissor Natiq Novruzova həvalə edilib. Müəllif klipdə sevgidən yaranan həm həsrət, həm qismət, həm də nifrətin əks olunacağını sözünə əlavə edib. Mahnı artıq radio dalğasında səsləndirilir.

Yeri gəlmişkən, qeyd edək ki, Tural Bayraməliyev bu gun ailə həyatı qurur. Onun özəl günündə sənətçi dostları yaxından iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm