Payızda qadınları rəngləndirəcək kolleksiya – Fotolar
Bizi izləyin

Tabloid.az

Payızda qadınları rəngləndirəcək kolleksiya – Fotolar

Dünyanın ən məşhur brendlərindən olan “Dolce & Gabbana” kosmetik məhsullardan ibarət yeni kolleksiyasını təqdim edib

Dünyanın ən məşhur brendlərindən olan “Dolce & Gabbana” kosmetik məhsullardan ibarət yeni kolleksiyasını təqdim edib. Payız ayları üçün nəzərdə tutulan kolleksiya rəngarəngliyi ilə seçilir. Dırnaq boyalarında tünd yaşıl, bənövşəyi və qırmızı rənglər diqqət çəkir. Dodaq boyalarında qırmızı və bənövşəyi rəngin solğun çalarları ilə yanaşı payızın abı-havasına uyğun olan açıq qəhvəyi və bej rənglər də qadınları cəlb edəcək. Göz kölgələrində də kolleksiyanın ümumi abı-havası hiss edilir. Burada da qəhvəyi və bənövşəyi rəngin çalarları diqqət çəkir.

Bir sözlə kolleksiya həm payız aylarında yayın rəngarəngliyini qoruyub saxlamaq istəyənlər üçün həm də hər fəslin öz gözəlliyi var deyib solğun rənglərə üstünlük verənlər üçün idealdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm