• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bürclərin ən uğurlu rəngləri hansılardır?

Bürclərin ən uğurlu rəngləri hansılardır?

Zehni və ruhu sakitləşdirməyin bir çox üsulları var. Amma ən asan üsul bürcünə uyğun olan rəngi tapmaqdır. Belə ki, bu rənglər həmin bürcün sahibinə uğur gətirir, həm də əhvalını qaldırır.

Tabloid.az bürclərin ən uğurlu rənglərini təqdim edir:

Qoç bürcü: Aktiv insanları qırmızı rəng təmsil edir. Qoç bürcü də aktiv olduğu üçün qırmızı birbaşa onların uğur və şans simvoludur. Dinamikanı ifadə edən qırmızı eyni zamanda qərarlı insan olduğunuzu da bildirir.

Buğa bürcü: Qəhvəyi realistlərin rəngidir. Buğaların da ən uğurlu rəngi qəhvəyidir. Torpaq rəngi olan qəhvəyi əsasən iş görüşlərində və özəl günlərdə bacarıqlı insanların gücünü simvolizə edir.

Əkizlər bürcü: Ehtişamı təmsil edən tünd bənövşəyi Əkizlərə ən uyğun olan rəngdir. Tünd bənövşəyi insanların şüur altında gizlənən fikirləri üzə çıxarır.

Xərçəng bürcü: Sevgi və ehtirası təmsil edən zoğalı, sakit və duyğusal xərçənglərin rəngidir. Bu rəng Xərçəng bürcünün nümayəndələrinə həm çox yaraşır, həm də onları sakitləşdirir.

Şir bürcü: İstiliyin rəmzi olan sarı şir bürcləri üçün ən ideal rəngdir. Şən və gülərüz şir bürclərinin ən uğurlu rəngi ağlı təmsil edən sarıdır.

Qız bürcü: Günəşin rəmzi hesab olunan narıncı qız bürclərinin ən uğurlu rəngidir. Şirin və sevimli bürcün nümayəndələrinə diqqət çəkən narıncı rəng çox yaraşır.

Tərəzi bürcü: Təbiətin ən gözəl rəngi yaşıl, tərəzilərə rahatlıq verir. Bu rəng tərəzilərin romantikliyindən xəbər verir.

Əqrəb bürcü: Əqrəb bürclərinin uğurlu rəngi tünd göydür. Xüsusən də iş adamları bu rəngə tez-tez müraciət edir. Kosmik rəng kimi ifadə edilən tünd göy əqrəblərin xasiyyətinə çox uyğun gəlir. Bu rəng insanlara çox güclü təsir göstərir.

Oxatan: Mavi rəng Oxatan bürclərinə uğur gətirir. Dəniz və səma rəngi olan mavi oxatan bürclərini sakitləşdirib əhvalını qaldırır. Yəni, onlar üzərində təsiri böyükdür.

Oğlaq bürcü: Oğlaq bürclərinin ən uğurlu rəngi zümrüd rəngidir. Şən, eyni zamanda sakitliyi təmsil edən zümrüd rəngi oğlaqları təmsil edir.

Dolça bürcü: Bu bürcün əsas rəngi ağdır. Ağ iqtidarın, məsumluğun və dözümlülüyün rəngidir. Saflığı simvolizə edən ağ dolçalara şans gətirir.

Balıq bürcü: Ağır, ciddi və hökmranlığı təmsil edən qara balıq bürclərinin rəngidir. İşığı yox edən qara rəng balıqlara şans gətirir. Belə ki, balıqlar ciddi iş görüşlərində qara geyinərlərsə, fikrini asanlıqla toplaya bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR