Dünya gözəlləri Bakıda futbol oynadılar Fotolar
Bizi izləyin

Tabloid.az

Dünya gözəlləri Bakıda futbol oynadılar Fotolar

“Miss Globe International” 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları artıq Bakıdadırlar. 120 ölkənin gözəli paytaxtda futbol oynayıblar, yoqa və idman dırmanması ilə (“climbing” - süni divara dırmanma) məşğul olublar.

Tabloid.az-ın məlumatına görə, məşğuliyyətlər beynəlxalq dərəcəli idman ustası Sahil İsgəndərovun rəhbərliyi altında keçirilib. İştirakçıların sözlərinə görə, onlar əsl enerji ehtiyatı və xeyli müsbət emosiya əldə ediblər.

Qeyd edək ki, sentyabrın 14-də ilk dəfə “Miss Globe International” müsabiqəsinin finalı Azərbaycanda “Baku Crystall Hall”da keçiriləcək. Müsabiqə RGA (prezident Rasim Aydın) və “Z COMPANY 2007” (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalına qatılmaq üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın “Radio Killer” qrupu var.

Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

“Miss Globe International” dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irsi, dini inancı və milliyətindən asılı olmayaraq, 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm