Tabloid.az
Nurlan Əzizbəyli əməliyyatdan sonra danışdı
Bir neçə gün öncə müğənni Nurlan Əzizbəylinin əməliyyat olması haqda xəbər vermişdik.
Tabloid.az məlumat verir ki, bu haqda müğənni və onun həyat yoldaşı Nərmin Əzizbəyli “Facebook” profillərində yazmışdılar.
Müğənni bizimlə söhbətində keçirdiyi kiçik bir əməliyyatdan sonra evə buraxıldığını deyib:
“Ayağımda kista əmələ gəlmşdi. Kiçik bir əməliyyatla kista götürüldü. Yaxşı ki, xəstəxanaya vaxtında yetişdim. Çünki kista partlayıb, qanıma zəhərlənmə vermişdi. Reanimasiyaya yerləşdirildim. Qanım təmizləndi, daha sonra isə əməliyyat olundum. Artıq müalicəni evdə davam etdirirəm”.
Yaradıcılıq işlərindən danışan N.Əzizbəyli payız aylarında solo konsert verəcəyini deyib. Hazırda səhhətindəki nasazlıqdan dolayı müalicə olunan müğənni yaxın zamanlarda klip çəkdirməyi də düşünür.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan